İşdən çıxarılan prokuror barəsində həbs qətimkan tədbiri seçilib » www.7GUN.az
BÖLMƏLƏR


«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
7 GÜN TV
XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

İşdən çıxarılan prokuror barəsində həbs qətimkan tədbiri seçilib

28
  • + A
  • - A
  • İşdən çıxarılan prokuror barəsində həbs qətimkan tədbiri seçilib

    Iyulun 26-da vəzifədən azad edildiyi bildirilən İsmayıllı rayonunun prokuroru Ülvi Abbasov həbs edilib. Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Turan agentliyinə təsdiq edib.
    Onun sözlərinə görə, məhkəmə Ülvi Abbasov barəsində həbs qətimkan tədbiri seçib.

    Baş Prokurorluğun Mətbuat Xidmətinin iyulun 26-da yaydığı məlumata görə, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyev "İsmayıllı Tikinti-27" ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən ona məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün iyulun 14-də İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
    İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyulda Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayıllı rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.

    "F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb", deyə Mətbuat Xidmətinin məlumatında bildirilir.

    İş üzrə F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Aparılmış xidməti yoxlamadan sonra İsmayıllı rayon prokuroru Ülvi Abbasov tutduğu vəzifədən, Faiq Quliyev isə prokurorluq orqanlarından xaric edilib.

    Turan.az