Şəmkirdə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısında konsert proqramı təşkil edilib, sakinlərə energetik içkilər paylanılıb

Şrift : |
Tarix :20-08-2018, 20:19
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 39 dəfə
Like :
Like :

    Şəmkirdə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısında konsert proqramı təşkil edilib, sakinlərə energetik içkilər paylanılıb

    Şəmkirdə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısında konsert proqramı təşkil edilib, sakinlərə energetik içkilər paylanılıb.

    7GUN.az bildirir ki, rayon sakinləri adından AzEuroNews.com-un elektron poçtuna göndərilən məktubda qeyd edilir ki, abidə önündə "BURN” energetik içkisinin palatkası qurulub. "DJ” diskoteka mahnılarının sədaları altında yoldan keçənləri əraziyə səsləyib. Daha sonra reklam məqsədi ilə onlara energetik içkilər paylanılıb.
    Bu olay rayon sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Bir qrup sakin "BURN” şirkətinin təmsilçilərinə öz etirazını bildirib, 20 Yanvar şəhidlərinin abidəsi önündə konsert verməyin şəhidlərimizi təhqir etmək olduğunu söyləsələr də, bunun bir xeyri olmayıb. Sözügedən şirkət konsertinə davam edib.Təşkilatçılar sakinlərə bildiriblər ki, konset proqramı Şəmkir Rayon İcra Hakimiyyəti ilə razılaşdırılıb. Sakinlər bundan sonra rayon icra hakimiyyətinin qarşısına toplaşaraq icra başçısı Alimpaşa Məmmədovla görüş tələb edilər. Narazı sakinləri icra başçısının müavini qəbul edib və deyib ki, konsert şəhidlər xiyabanında yox, sadəcə parkda onların adına ucaldılan abidənin qarşısında keçirilib.Sakinlərin sözlərinə görə, "BURN” şirkətinə bu şəraiti Alimpaşa Məmmədovun sağ əli Qüdrət Əliyev yaradıb.Sakinlər bizə yazdıqları məktubda rayonlarındakı bu biabırçılıqla bağlı prezident İlham Əliyevə şikayət məktubu yazaraq yolladıqları da qeyd ediblər.

    Mövzu ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.


Xəbər lenti

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Müsavat Partiyasının fəalına cinayət işi açılıb

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin” Zümrüd Yağmur

Şamaxıda direktor müavinindən 15 yaşlı şagird hamilə qaldı

Ali baş komandanın fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və sayğısızlıqdı

Rüşvət BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində açıq alverin həddi-hüdudu bilinmir

Qazaxda hansı qanunlar işləyir bilmirəm

Azərbaycan Respublikasının prezidenti Xızı və Qubada açılışlar edib

''Yeni rəis gələni Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edilir''

Cahangir Hacıyevə qarşı açılan ikinci cinayət işi "mənimsəmə, külli miqdarda törəldildikdə" maddəsi ilə irəli sürülüb

"Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Con Bolton regiona səfər etməyi planlaşdırır.

Müsavat Partiyasının fəalı Azad Həsənov saxlanılıb

Almaniyada bolqar jurnalistin ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!