''İcra Hakimiyyətindən pulumu alıb, saxta sənəd verdilər''

Şrift : |
Tarix :26-08-2018, 00:16
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 32 dəfə
Like :
Like :

    ''İcra Hakimiyyətindən pulumu alıb, saxta sənəd verdilər''

    Göyçay sakini: ''Müstəntiq sənədə baxdı, dedi ki, saxtadır, aldadılmısan''

    "2017-ci ildə Göyçayın icra başçısı şəhərdə abadlıq işləri aparmaq qərarına gəldi. Mənim də yolun kənarında bir balaca təmir sexim var idi. Fevralın 17-də gəldilər ki, bu yer şəhərin mənzərəsini korlayır, sökülməlidir. Nə qədər etməyin, eyləməyin desəm də, işə yaramadı".


    Göyçay sakini Seymur Azadov belə deyir. Bildirir ki, ona bu kiçik sexi yaxın dostu verib. Ailəsini dolandırmaq üçün burada çalışıb. Şəhəri abadlaşdırmaq qərarı verilənədək belə də edirmiş:

    ''İcra Hakimiyyətindən pulumu alıb, saxta sənəd verdilər''

    "İşləyib, ailəmi dolandırırdım. Şükür, pis-yaxşı yaşayırdıq. Ta ki icra hakimiyyətinin nümayəndələri gələnədək. Mənə dedilər ki, ya buranı müasir standartlara uyğun şəkildə tik, ya da çıx get. Anlamıram, təmir əmrini mən verməmişəm, təmir etdirmək qərarına mən gəlməmişəm. Niyə mən təmir etdirməliyəm? Uzun sözün qısası, pulum olmadığı üçün təmir etdirə bilmədim. Nəticədə verdilər traktorun ağzına. Yerlə bir etdilər".

    "İcra Hakimiyyəti məndən 5 min alıb saxta sənədlə obyekt satıb"

    S. Azadov deyir ki, bundan sonra yazmadığı yer, müraciət etmədiyi idarə qalmayıb: "Hər yerə yazıb, seximi sökdükləri üçün məni yeni bir yerlə təmin etmələrini istəyirdim. Sonda məni Göyçay Rayon İcra Hakimiyyətinə dəvət etdilər. Memarlıq şöbəsində dedilər ki, həmin yerə yaxın bir obyekt var, normal vəziyyətdədir. 5 min manat ver, həmin obyekti verək sənə. Sex kimi işlət, sən də razı, biz də. Nə isə 5 min manatımı aldılar. Elə təzəcə yığışıb, işə başlamışdım ki, bir nəfər gəldi. Dedi, bu yer mənimdir. Sənə kim verib? Yeri pulla aldığımı desəm də, dinləmədi, obyektin sənədli-sübutlu ona aid olduğunu söylədi. Bir sözlə, anladım ki, aldadılmışam".

    "Müstəntiq sənədə baxdı, dedi ki, saxtadır, aldadılmısan"

    Seymur Azadov deyir ki, pulu Göyçay Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsində ödəyib və sənəd alıb. Ancaq indi məlum olub ki, həmin sənəd saxtadır: "Bugünədək müraciət etmədiyim yer qalmayıb, ancaq şikayətimə baxan yoxdur. 8-9 aydır ki, qalmışam çöldə. Nə pulumu qaytarır, nə də bir yer verirlər. Polisə, prokurorluğa da müraciət etmişəm. Preziden İlham Əliyevə, Vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm, cavab almamışam. Müstəntiq sənədə baxdı, dedi ki, saxtadır, aldadılmısan. Deyir, deməyinə, ancaq nəsə tədbir görmür. Sübut, sənəd olsa da, işə baxan yoxdur. Çünki məni aldadanlar elə belə insanlar deyil axı. Hamısı icra hakimiyyətində oturublar".

    "Bilmirəm, ailəmi necə dolandırım"

    Seymur Azadov aylardır işləmir. Nəticədə ailəsini dolandırmaqda çətinlik çəkir. Deyir, tək gəlir, qazanc yeri avtomobil təmiri sexi olub: "Onu da tutub aldılar əlimdən. Aylardır qalmışam işsiz. 9 nəfərlik ailəmi dolandıra bilmirəm. Himayəmdə 4 nəfər azyaşlı uşaq da var. Valideynlərim əlildir, qardaşım işsiz, maddi imkanımız olmadığından heç evlənə də bilmir. Kasıb adamam, həmin 5 min manatı bilirsiniz nə zorluqla toplamışdım? Onu da verdim, əlimdən çıxdı. İndi bilmirəm, ailəmi necə dolandırım. Qalmışam pis durumda".

    "Vətəndaş aldadılıbsa, hüquq-mühafizə orqanlarına müraciət etsin"

    Göyçay Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirdilər ki, onlarda bu barədə məlumat yoxdur: "Əgər həqiqətən də vətəndaş aldadılıbsa, hüquq-mühafizə orqanlarına müraciət etsin. Desin ki, məndən rüşvət alıblar. Onlar da araşdırsınlar. Yox, vətəndaşın İcra Hakimiyyətinə sözü varsa, o zaman gəlsin, biz araşdıraq, yox, polisə müraciət etmək istəyirsə, etsin, onlar araşdırsın. Ancaq bizdə belə bir məlumat yoxdur".


Xəbər lenti

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Müsavat Partiyasının fəalına cinayət işi açılıb

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin” Zümrüd Yağmur

Şamaxıda direktor müavinindən 15 yaşlı şagird hamilə qaldı

Ali baş komandanın fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və sayğısızlıqdı

Rüşvət BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində açıq alverin həddi-hüdudu bilinmir

Qazaxda hansı qanunlar işləyir bilmirəm

Azərbaycan Respublikasının prezidenti Xızı və Qubada açılışlar edib

''Yeni rəis gələni Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edilir''

Cahangir Hacıyevə qarşı açılan ikinci cinayət işi "mənimsəmə, külli miqdarda törəldildikdə" maddəsi ilə irəli sürülüb

"Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Con Bolton regiona səfər etməyi planlaşdırır.

Müsavat Partiyasının fəalı Azad Həsənov saxlanılıb

Almaniyada bolqar jurnalistin ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!