Hadı Rəcəbliyə məxsus olduğu bildirilən "Palıdlı Sahil" İstirahət Mərkəzində kütləvi zəhərlənmə baş verib- HADİSƏ

Şrift : |
Tarix :27-08-2018, 01:43
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 57 dəfə
Like :
Like :

    Lənkərandan yerləşən "Palıdlı Sahil" İstirahət Mərkəzində kütləvi zəhərlənmənin baş verdiyi iddia olunur.

    7GUN.az-ın məlumatına görə bu barədə Toplum.Tv-yə Lənkəran Mərkəzi Xəstəxanasının əməkdaşlarından biri deyib.

    O bildirib ki, avqustun 19-da istirahət mərkəzindən 7 nəfər qidadan zəhərlənib. Zəhərlənənlər dərhal Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara yardım göstərilib, amma məsələ ictimailəşdirilməyib.

    Avqustun 23-də isə bir neçə uşağın sözügedən mərkəzdə zəhərləndiyi və xəstəxanaya yerləşdirildiyi deyilir.

    Məlumatı verən şəxs deyib ki, azyaşlılar hazırda müalicə olunurlar: "Obyektin deputat Hadı Rəcəbliyə məxsus olduğunu Lənkəranda hər kəs bilir. Zəhərlənənlərin əsasən turistlər olduğu bildirilir".

    Lənkəran Mərkəzi Xəstəxanasından baş həkimi Ağabala Kəlbiyev məzuniyyətdə olduğu üçün onunla əlaqə saxlamaq mümkün olmayıb.

    Baş həkim əvəzi Taleh Məmmədov isə nazirlikdə iclasda olduğunu deyərək, hadisə barədə məlumat verə bilməyəcəyini deyib.

    Baş həkimin digər müavini Əlövsət Məmmədov isə deyib ki, hadisə barədə məlumatı yoxdur.

    Xəstəxananın qəbul şöbəsindən bildiriblər ki, avqustun 19-da "Palıdlı Sahil" restoranından onlara 1 nəfər mədə-bağırsaq sistemi fəaliyyətinin pozğunluğu diaqnozu ilə müraciət edib.

    Uşaq Xəstəlikləri Şöbəsindən isə tibb bacısı Toplum.Tv-yə bildirib ki, avqustun 23-də "Palıdlı Sahil" restoranından 5 uşaq müraciət edib və ambulator müayinədən keçəndən sonra evə buraxılıblar: "5 uşaq müraciət etmişdi. Dedilər ki, Bakıdan gəliblər. Xəstəxanada qalmayıblar, ambulator müayinədən keçdikdən sonra evə buraxmışıq. Hazırda xəstəxanada deyillər". /Toplum.Tv/


Xəbər lenti

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Müsavat Partiyasının fəalına cinayət işi açılıb

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin” Zümrüd Yağmur

Şamaxıda direktor müavinindən 15 yaşlı şagird hamilə qaldı

Ali baş komandanın fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və sayğısızlıqdı

Rüşvət BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində açıq alverin həddi-hüdudu bilinmir

Qazaxda hansı qanunlar işləyir bilmirəm

Azərbaycan Respublikasının prezidenti Xızı və Qubada açılışlar edib

''Yeni rəis gələni Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edilir''

Cahangir Hacıyevə qarşı açılan ikinci cinayət işi "mənimsəmə, külli miqdarda törəldildikdə" maddəsi ilə irəli sürülüb

"Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Con Bolton regiona səfər etməyi planlaşdırır.

Müsavat Partiyasının fəalı Azad Həsənov saxlanılıb

Almaniyada bolqar jurnalistin ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!