İcra başçısına qarşı şok- İTTİHAM

Şrift : |
Tarix :5-09-2018, 02:15
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 151 dəfə
Like :
Like :

    Göyçay sakinləri rayonda durumun pisləşməsindən narazıdırlar.

    7GUN.az-ın məlumatına görə bu barədə AzEuroNews.com-a yazan sakinlər deyirlər ki, Mehdi Səlimzadə başcı təyin olunandan sonra qardaşını, qardaşı uşaqlarını, qudasını, baldızı oğlunu və digər qohum-qardaşını vəzifəyə təyin edib. Bundan sonra rayonda torpaq sahələrini açıq hərraca qoyub. Boş torpaq sahələri qalmadığından bağ-bağca bilmədən hər yeri satıb. Bütün bunlar 120 min əhalisi olan rayon sakinlərinin gözləri qarşısında baş verir.

    “Göyçay çinarlar şəhəridir. Rayon ərazisində saysız-hasabsız çinar ağacları var. Çinarlar sovet dövründən çaylardan arxlara, oradanda bərələrə suyun axıdılması ilə sulanır. İyul ayında Göyçayda istilər demək olar ki, 45-48 dərəcəyə çatdı. İstilər başlayan kimi əhaliyə və arxlara verilən sular kəsildi ki, bəs istilərə görə suyu çatdıra bilmirlər. Əhalinin haqlı narazılığından sonra evlərə verilən suyu 3 gündən bir verməyə başladılar. Ancaq arxlardan bərələrə verilən su tamamilə kəsildi. Yeni şaiyələr yaymağa başladılar ki, bəs çaylarda qazıntı aparan çınqıl yataqları suyun səviyyəsini aşağı saldıqlarına görə arxlara su verə bilmirik deyə yanan ağacları sulaya bilmirik. Hamı bilir ki, bütün bunlar uydurulmuş bəhanələrdir. Bərələrə su verə bilmirsən heç olmasa yaşları 100-200 il olan çinar ağaclarını 10 gündən bir rayon ərazisində axan artezian suları vasitəsi ilə sulatdır. Bunun üçün Su Kanalizasiya İdarəsinin maşınları kifayət qədərdir. Həm də hər bir idarə müdirinə tapşırıq verilsə bəs idi ki, hərə 10-15 manat verib 10 gündən bir çinar ağaclarını sulansın” yazan sakinlərin iddialarına görə, bunu bilərəkdən etməyiblər:

    “Bilirlər ki, çinar ağacları 45-48 dərəcə istidə susuz qalsa, yarpaqlarını vaxtından əvvəl tökəcək. Buna da ağacları susuz qoymaqla nail oldular. Bu cür qəddar yanaşma yaşı 150 ili keçən bir neçə çinar ağacının quruması ilə nəticələndi. Susuz ağaclar vaxtından əvvəl yarpaqlarını tökməyə başladı. Şəhər demək olar ki, qurumuş çinar yarpaqları ilə dolmuşdu. Bu yarpaqları 20-25 gün heç kim yığmadı və yandırmadı. Hər il yarpaqlar töküləndə Rayon Təsərrüfat Birliyinin işçiləri yarpaqları bir yerə yığıb yandırırdı. Bu proses çinar ağacı son yarpağını tökənə qədər davam edirdi. Bu il yarpaqlar yandırılmayanda rayon əhalisi fikirləşdi ki, yəqin Mehdi Səlimzadə onların sağlamlığının qayğısına qalır deyə yarpaqların yandırılmasına icazə vermir. Lakin şəhərdə 3 gündən bir zibil aparan Rayon Təsərrüfat Birliyinin işçiləri yerə tökülmüş qurumuş xəzəlləri hündürlüyü 2 metrə çatan qara zibil kuloklarına yığıb ağızlarını bağlayıb şəhərin müxtəlif istiqamətində yığıb topa halda saxlayırdılar. Bu gedişlə şəhərin müxtəlif hissələrində demək olar ki, 1000-dən çox torba yığılıb qalmışdı. Nəhayət bir gün Göyçaya aid olmayan iri tutumlu yük maşını xəzəl torbalarını yığıb naməlum istiqamətə apardı. Sonradan məlum oldu ki, bu xəzəl yarpaqlarını Mehdi Səlimzadə tütün fabriklərinin birinə, böyük ehtimalla öz rayonuna – İmişli tütün fabrikinə göndərib”.

    Sakinlər daha sonra yazır: “Bundan 1 gün sonra Mehdi Səlimzadə göstəriş verdi ki, bərələrə su verilsin ki, növbəti ağac qurumasının qarşısı alınsın, əhalinin narazılığına son qoyulsun. Növbəti ay üçün yeni xəzəl yığımına başlasın. 3-4 gün su içən çinar ağacları müəyyən qədər qurumaqdan xilas olduqdan sonra yenidən arxların və bərələrin suyu kəsildi. Artıq rayonda yenidən xəzəl yığımı başlayıb. Şəhərin müxtəlif yerlərində qara torbaları çinarların quruyub yerə tökülmüş yarpaqlarını doldurulub hazır vəziyyətə gətiriblər. Bu torbaların belə gec dolmasının səbəbi ağaclara bir neçə gün suyun verilməsi, avqust ayında havaların iyul ayına nisbətən soyuq və yağışlı keçməsi səbəb olub. Biz Göyçay rayon sakinləri ölkə prezidentindən və Mehriban xanımdan xahiş edirik ki, bu işi öz nəzarətinə götürsünlər və hakim ailə ilə qohumluğunu həmişə önə çəkən, ona heç kim heç nə edə bilməz deyən Mehdi Səlimzadə haqda ciddi tədbirlər görülsün. Bununla milyonlarla siqaret çəkən Azərbaycan vətəndaşlarını gələcəkdə yayıla bilən xəstəlikdən xilas etmiş olarlar. Bizlər inanırıq ki, sizlərin müdaxilələrinizdən sonra 2-ci partiya xəzəl yarpaqlarının tütün fabrikinə getməsinin qarşısı alınacaq. Mehdi Səlimzadə cinayət məsuliyyətinə cəlb olunacaq”.


    Mövzu ilə bağlı Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.


Xəbər lenti

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Müsavat Partiyasının fəalına cinayət işi açılıb

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin” Zümrüd Yağmur

Şamaxıda direktor müavinindən 15 yaşlı şagird hamilə qaldı

Ali baş komandanın fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və sayğısızlıqdı

Rüşvət BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində açıq alverin həddi-hüdudu bilinmir

Qazaxda hansı qanunlar işləyir bilmirəm

Azərbaycan Respublikasının prezidenti Xızı və Qubada açılışlar edib

''Yeni rəis gələni Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edilir''

Cahangir Hacıyevə qarşı açılan ikinci cinayət işi "mənimsəmə, külli miqdarda törəldildikdə" maddəsi ilə irəli sürülüb

"Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Con Bolton regiona səfər etməyi planlaşdırır.

Müsavat Partiyasının fəalı Azad Həsənov saxlanılıb

Almaniyada bolqar jurnalistin ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!