“Torpağımızı işğal edib, özümüzü təhqir edirlər…”

Şrift : |
Tarix :9-09-2018, 22:05
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 132 dəfə
Like :
Like :



    Saatlı rayon Qıraqlı kənd sakinləri redaksiyamıza şikayət məktubu göndərib. Məlumat üçün bildirək ki, Qıraqlı kəndi Saatlı rayonunun ən qədim və ən böyük kəndlərindən biridir. Çar Rusiyası Azərbaycanı işğal edəndən sonra, ilk siyahıya alınmada 1847-ci ildə Qıraqlı kəndi 30 evdən ibarət olub. Qalağayın kəndlər icmasına daxil olan Qıraqlı kəndi əkinçilik və maldarlıqla məşğul olmuşdur.

    Xatırladırıq ki, qədim Qıraqlı kəndi Araz çayına yaxın yerdə salınmışdır. Araz çayının dəfələrlə öz məcrasından çıxması nəticəsində kənd sakinlərinə ziyan dəymişdir. Buna görə kənd sakinləri çaydan 2 km cənub istiqamətində yeni ev-eşik tikməyə başlayıblar. Su altında qalan torpaq sahəsi və Araz boyu sahələr “Tuqay meşələri və qoruğu” idarəsinin balansına verilmişdir. Torpaq islahatına qədər Saatlı rayonunun kəndləri, eyni zamanda Qıraqlı kəndi bu meşə massivindən heyvandarlıqda otlaq sahə kimi qurumuş ağaclardan yanacaq materialı kimi istifadə etmişlər. Bu statistik məlumatları ona görə qeyd etdik ki, bütün bunların cumhuriyyet.az-a göndərilən şikayət məktubu ilə birbaşa əlaqəsi var. Belə ki, məktubda bildirilir ki, 1996-cı ildən Qıraqlı kənd sakinlərinin qara günləri başlamışdır: “Belə ki, özünü “lotu” kimi qələmə verən Ağayev Ələkbər adlı şəxs Tuqay meşə massivini dədə malı kimi mənimsəmişdir. Kənd sakinlərinin mal-qarasının meşə massivinə getməsinə icazə vermirdi. Bu adam dəfələrlə kənd sakinlərini təhqir etmiş, onlar haqqında hüquq-mühafizə orqanlarına yalan faktlar verməklə məşğul olmuşdur. Azğınlaşan Ələkbər kəndin mollası Əhmədov Əhmədağanı MTN-nin Saatlı şöbəsinə çağırtdırmış, ona hədə-qorxu gəlmişdir. 1996-cı ilin torpaq islahatı zamanı Saatlı rayon İcra Başçısı rüşvətxor Gülhüseyin Əhmədov və torpaq islahatı komissiyasının sədri Ehtiram Məmmədovla cinayət əlaqəsinə girən Ağayev Ələkbər Qıraqlı kənd meşə massivini “özününkiləşdirdi”. “Uzun saçlının” ahı yerdə qalmaz deyən kənd sakinləri ümidlərini tək Allaha bağlayır. Aradan az müddət keçmir Ağayev Ələkbər faciəli şəkildə öldü… Biz dedik ki, ağ günə çıxacağıq. Sən saydığını say, gör fələk nə sayır demiş atalar. Bu azmış kimi Ələkbərin oğlanları Ağayev Əlsafa, Ağayev Ələmdar, Ağayev Hebi və onların anası peyda oldular. Bu insanlar öldü var, döndü yox deyərək özlərinə söz verirlər ki, kəndin bir dənə də malını Tuqay meşə massivinə buraxan deyilik. Tuqay meşə massivinin yanında kəndin mal-qarası üçün nəzərdə tutulmuş 3 ha yulğunlu sahəni də Ağayev Əlsafa 2014-cü ildə şumladaraq öz əkin sahəsinə qatmışdır. Araz boyu bəndlər bu qardaşlar tərəfindən hamarlanmışdır. Bu da Araz çayının daşması zamanı kənd sakinlərinə təhlükə mənbəyidir. Tuqay meşə massivinin torpaq qatı birinci kateqoriyalıdır. Bu ərazidə olan bütün növ ağaclar Ağayevlər tərəfindən kəsilmiş, yerindən əkin sahəsi kimi istifadə edirlər. Görəsən Ağayevlər bu qədər torpaq payını hansı sənədlər əsasında almışlar. Onlar torpaqdan istifadə üçün torpaq rüsumları ödəyirlərmi?”
    Qıraqlı kəndinin sakinləri əsrimizin əvvəllərində, yəni Azərbaycan Demokratik Respublikasının yaradılmasında yaxından iştirak etmişlər. Böyük Vətən müharibəsində və yaralı yerimiz olan Dağlıq Qarabağ müharibəsində öz qəhrəmanlıqları ilə seçilən onlarla şəhid vermişdir. Kəndin bir Milli Qəhrəmanı vardır. Biz bu el oğullarımızla fəxr edir və onları unutmuruq. Ancaq bizə daxil olan məktubda bildirilir ki, öz hədlərini aşan Ağayevlər ailəsi həmişə şəhid ailələrinə və müharibə iştirakçılarına qarşı təhqiramiz ifadələr işlədirlər. 7GUN.az xəbər verir ki, adı, soyadı, atasının adı və şəxsiyyət vəsiqəsinin seriyası ilə 50 ailə başçısı tərəfindən cumhuriyyet.az-a göndərilən məktubda deyilir: “2010-cu ilin əvvəllərində heyvan otararkən Əliyev Marif Səddər oğlunu Ələmdar və Əlsafa qardaşları döyərək ağır bədən xəsarətləri yetirmişlər. Nəticədə Əliyev Marif uzun müddətli müalicə almış, hal-hazırda da aldığı zərbələrdən əlil vəziyyətinə düşmüşdür. II qrup əlil olmuşdur. Ağayev Hebi 2015-ci ilin aprel ayında Qarabağ veteranı, 2 il erməni əsirliyində işgəncələrə məruz qalmış Alışanov Elməddin Oruc oğlunu təhqir edib, böhtan xarakterli məlumatlar yayıb. Bu ailənin heç bir övladı düz-əməlli orduda xidmət etməyib. Ağayev Əlsafa, Ağayev Ələmdar, Ağayev Hebi saxta sənədlər əsasında özlərinə psixi xəstəlik kağızı düzəldiblər. Onların havadarları olan Ağayev Tahirin iki oğlu, Ataməlinin bir oğlu saxta sənədlərlə ordudan yayınıblar. Dəfələrlə Saatlı rayon hüquq-mühafizə orqanlarına, Saatlı rayon İcra Hakimiyyətinə müraciət etmişik. Çox təəsüflər olsun ki, haqlı şikayətimizə əməl olunmayıb.

    Hörmətli redaksiya, 21.05.2015-ci ildə baş prokurorluq yanında korrupsiya idarəsinə, FHN-nə, Tuqay meşələrinin bərpası və mühafizəsi idarəsinə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 01.07.2015-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nə göndərdiyimiz ərizələr cavabsız qalıb”.

    Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Xəbər lenti

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Müsavat Partiyasının fəalına cinayət işi açılıb

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin” Zümrüd Yağmur

Şamaxıda direktor müavinindən 15 yaşlı şagird hamilə qaldı

Ali baş komandanın fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və sayğısızlıqdı

Rüşvət BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində açıq alverin həddi-hüdudu bilinmir

Qazaxda hansı qanunlar işləyir bilmirəm

Azərbaycan Respublikasının prezidenti Xızı və Qubada açılışlar edib

''Yeni rəis gələni Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edilir''

Cahangir Hacıyevə qarşı açılan ikinci cinayət işi "mənimsəmə, külli miqdarda törəldildikdə" maddəsi ilə irəli sürülüb

"Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Con Bolton regiona səfər etməyi planlaşdırır.

Müsavat Partiyasının fəalı Azad Həsənov saxlanılıb

Almaniyada bolqar jurnalistin ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!