İcra başçısını sabiq nazirlə nə birləşdirir?

Şrift : |
Tarix :10-09-2018, 20:35
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 153 dəfə
Like :
Like :

    Sabiq nazir Rusiya və Ukraynadakı pullarının və biznesini etibarlı şəkildə MDB sərhədlərindən kənara çıxarmaq istəyir və buna görə də icra başısı qohumunun xidmətinə ehtiyacı yaranıb.

    Hazırda Qazax rayonunda rəhbərlik edən Rəcəb Babaşov bu yaxınlarda keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qonağı olub. 7GUN.az-ın məlumatına görə, bu barədə MilliYol-a daxil olan məlumatda bildirilir ki, sabiq nazirlə icra başçısı xaricdəki bizneslərini müzakirə ediblər.

    Əldə etdiyimiz məlumata görə Ziya Məmmədov Avropadakı biznesini daha etibarlı şəkildə yerləşdirmək məqsədi ilə Rəcəb Babaşovla məsləhətləşmələr aparıb.

    Qeyd edək ki. bir müddət əvvəl dövrü mətbuatda biznes işlərini qaydaya salmaq üçün Ziya Məmmədovun Avropaya getmək istəyi baş tutmaması barədə məlumat yayılmışdı. Bildirilirdi ki, sabiq nazir müəyyən səbəblərdən ölkəni tərk etmək izni ala bilməyib.

    Xatırladaq ki, Məmmədovlar ailəsinin xaricdəki biznesini oğlu Anar Məmmədov idarə edir. Bir zamanlar Azərbaycan iqtisadiyyatında önəmli rol oynayan Məmmədovların Bakıdakı biznesi isə hazırda çökmüş və demək olar ki, müflis vəziyyətdəddir. Lakin ailəınin xaricdəki biznesi fəaliyyət göstərməkdə davam edir.
    Aldığımız məlumata görə isə Ziya Məmmədov xaricdəki biznesinin, xüsusən Ukrayna və Rusiyadakı biznesini gizlətmək qəraıana gəlib. Buna görə isə mütəxəssis olaraq qohumu Qazax rayon İcra Hakimiyyətini başçısı Rəcəb Babaşova müraciət edib. Qeyd edək ki, Ziya Məmmədovun qardaşı oğlu Rəcəb Babaşovun qızı ilə evlidir və icra başçısının Məmmədovlar ailəsi ilə yaxın münasibətlərdə olduğu bildirilir.

    Məlumat üçün xatırladaq ki, Rəcəb Bababşov uzun müddət Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsində işləyib. Bu vəzifədə işlədiyi vaxt həm Vergilər naziri Fazil Məmmədovun, həm də “Azərbaycan Dəmir Yolları” QSC-nin prezidenti Cavid Qurbanovun “qara kassası” olaraq tanınıb.

    Rəcəb Babaşov offşor zonaları üzrə mütəxəssis olaraq da bilinir və yuxarıda adı keçən hər iki şəxsin külli miqdarda mənbəyi bilinməyən pullarını müxtəlif offşorlarda yerləşdirməsi ilə bağlı məlumatlar yayılıb. Qeyd edək ki, Rəcəb Babaşov haqqında yayılan bu məlumatlar “MTN işi” dövrünə təsadüf edir. “MTN işi”ndə adı keçən Rəcəb Babaşov o zaman məsuliyyətdən yaxa qurtarmaqla yanaşı Qazax rayon İcra Hakimiyyətinin başçısı postuna da yiyələnə bilib. Belə ki, həmin dövrün güclü və nüfuzlu nazirlərindən biri olan sabiq Fazil Məmmədov öz “qara kassasını” Vergilər Nazirliyində saxlamağın problemli olduğunu başa düşərək Bababşovu Qazaxa yollamağa nail olmuşdu.

    Məlumatlı mənbənin bildirdiyinə görə Ziya Məmmədov Rusiya və Ukraynadakı pullarının və biznesini etibarlı şəkildə MDB sərhədlərindən kənara çıxarmaqda qərarlıdır və buna görə də sabiq nazirin qohumunun xidmətinə və məsləhətinə ehtiyacı yaranıb.

    Yazıda adı kecən btün şəxslərin mövqeyini dərc eləməyə hazırıq.


Xəbər lenti

Uydurulmuş hadisənin istintaq qərarı – Masallı rayonunda biabırçı hadisə

Dərman ölümə səbəb oldu

Siyasi məhbus doğum gününü "kars"- da keçirir

Səlim Müslümovun vəzifədən çıxarılmasından prezidentin xəbəri olmayıb?- Ənvər Seyidəliyevdən sərsəm açıqlama

''Oğlumu "BizimləSən" verilişinə çıxarmaq üçün 500 manat istədilər''- Famil Əliyev

"Qəsəbəyə suyu Tərtərdən su maşınları gətirir, biz də pul verib alırıq" - qəsəbə sakinləri

Əli Kərimli: "Rejimin repressiyalarını ciddi sanksiyalar durdura bilər"

"Bir neçə saat gözləyəndən sonra apardığımız sovqatı qəbul elədilər, görüşə isə buraxmadılar" - Kəmalə Rəhimli

Etimad İsmayılov Nardaranda dəfn olunacaq - VİDEO-FOTO

Xətai rayonunda yanğın baş verib VİDEO

Prezident İlham Əliyev Binəli Yıldırım ilə görüşüb

"Rauf gəlib dedi ki, hamı Elnurla işləyib pul qazanır" - Həbib Axundov

"Bu çox önəmli qərardır"- Ələsgər Məmmədli

Baş həkim iş otağında dərman paylayır

Narazı sakinlər yenə də Prezidentlə görüşə bilmədilər- Masallıda

Cahangir Hacıyevin bacısından sensasion açıqlama: "Qardaşımı öldürmək istəyirlər"

Azadlıqların ciddi pozulduğu ölkələr sırasında Azərbaycanın da adı çəkilir

Eldar Köçərli Kəmaləddin Heydərovu və Səfər Mehdiyevi gömrükdəki monopoliyaya görə ittiham edir - VIDEO

"Mənim vaxtımda məmur övladlarının əsgərlikdən qaçması söhbəti ola bilməzdi” – Əliağa Hüseynov

Elçin Quliyevin oğlu SQ-də xidmət edəcək – mövcud qanunvericilik buna icazə verirmi?

"Buna şahid olmaq üçün sadəcə Naxçıvana gəlmək lazımdır” - Naxçıvanın Ali Məclisinin deputatı

Əfqan Muxtarlı ilə qərar qüvvədə saxlanıldı

Orxan Baxışlıya hökm oxundu: 6 il

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!