Lerik rayonunda prezidentin açılışına gedəcəyi yol siyahıdan çıxarılıb -FOTO


Yolun çəkilişinə indiyədək 16,6 milyon vəsait ayrılıb

Sentyabrda ölkə başçısı İlham Əliyevin Lerik rayonuna səfəri gözlənilir. Səfər zamanı ölkə başçısının bir sıra obyektlərin açılışında iştirakı nəzərdə tutulub. Amma 16.6 milyon manata başa gələn və açılışı olmadan dağıldığı iddia olunan Noda-Şingədulan-Xanagah yolu rəsmi açılış siyahısından çıxarılıb.

7GUN.az xəbər verir ki, bunu Lerik rayon sakinləri Meydan TV-yə deyiblər.

Onların sözlərinə görə, artıq prezidentin sentyabr ayında gözlənilən səfəri ilə bağlı hazırlıq işləri görülür.

İlham Əliyevin səfərindən öncə Prezident Adminstrasiyasından gələn komissiya rəsmi açılışa salınan obyektlərə də baş çəkib və dağılmış Noda-Şingədulan-Xanagah yolu rəsmi açılış siyahısından çıxarılıb, çünki yol tamam sıradan çıxıb, bərpa işləri də nəticə verməyib.

Bu yolun əvəzinə isə 2018-ci ildə yenidən qurulması üçün vəsait ayrılan Piran–Hamarat–Vjaker avtomobil yolunun bir hissəsi rəsmi açılış protokoluna salınıb.

Amma bu dəfə də yolun tikintisi başa çatmayıb. Yol Noda kəndindən Ağçay kəndinə qədər çəkilib və dayandırılıb.

1 noyabr 2016-cı il tarixdə üçüncü dəfə Prezidentin növbəti sərəncamı ilə Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon manat ayrılıb.
Ümumilikdə isə yolun tikintisinə 16.6 milyon manat vəsait ayrılıb. Layihəyə əsasən 2013-cü ildən tikintisinə başlanılmış yol torpaq yatağı 10 metr, eni 6 metr ikizolaqlı asfalt – beton qarışığından tikilməli, 2017-ci ildə isə təhvil verilməli idi.


Lerik rayonunda prezidentin açılışına gedəcəyi yol siyahıdan çıxarılıb -

Lerik rayonunda prezidentin açılışına gedəcəyi yol siyahıdan çıxarılıb -

17-09-2018, 21:51