"Qəsəbəyə suyu Tərtərdən su maşınları gətirir, biz də pul verib alırıq" - qəsəbə sakinləri

Şrift : |
Tarix :21-09-2018, 08:10
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 34 dəfə
Like :
Like :

    Onlar iddia edirlər ki, subartezian quyusu dayaz vurulduğundan su xətti ilə axan su duzlu və qurdludur

    "Qəsəbədə subartezian quyusu var, ancaq o qədər dayaz vurulub ki, su duzlu və qurdlu gəlir. Ona görə də suyu pulla almalı oluruq”.

    7GUN.az xəbər verir ki, Ağdamın Dördyol qəsəbəsinin sakinləri Meydan TV-yə danışırlar ki, içməli su problemləri var. Deyirlər, bu qəsəbədə subartezian quyusu olsa da, vurulan su içməyə yararlı deyil. Qəsəbə sakinləri səbəbi onunla izah edirlər ki, vaxtilə subartezian quyusu dərin vurulmayıb və suyun mənbəyi dayaz olduğundan duzlu, qurdlu su çıxır.

    Su maşını Tərtərdən gəlir

    Qəsəbə sakini Sarvan Qəmbərov: "Qəsəbəyə suyu Tərtərdən su maşınları gətirir, biz də pul verib alırıq. Hər dəfə eşidəndə ki, su maşını gəlib, hərə əlinə bir neçə suqabı alıb qaça-qaça su almağa gedir. Su maşınının yanında uzun-uzadı növbə olur. Həftədə iki dəfə su alırıq. Su xətti ilə axan suyu isə yalnız məişətdə istifadə edə bilirik. Şikayət edirik, yoxlama gəlir, su idarəsinin işçiləri gedib Tərtərdən su gətirib göstərir, tərkibinə baxıb deyirlər, içməyə yararlıdır, sakinlər yalan danışır. Su İdarəsinin rəhbərliyi şikayətçi sakinləri məhkəməyə verəcəyi ilə hədələyir”.

    Qəsəbə sakini Şahin Əsədov: "Əgər suyu pulla alacaqdıqsa, o boyda xərci niyə çəkib subartezian quyusu qazıblar? Su kranlarından duzlu və qurdlu su axır, istifadə edə bilmirik, əvəzində hər ay bizdən supulu yığılır. Halbuki, aylıq içməli su tələbatımızı su maşınları ilə ödəyirik, onlara da ayrıca pul xərcləyirik. Hökumət bizi ya supuludan azad eləsin, ya da normal su versin. Bizim elə imkanımız yoxdur ki, iki yerə supulu ödəyək. Heç kəs işləmir, hərəsinin bir çətən ailəsi, uşağı var, əlimizə düşən pulu heç ərzağa çatdırmırıq”.

    Suyun tərkibi içməyə yararlıdır

    Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycanda su layihəsi həyata keçirən "Japan Tobacco International” (JTI) şirkəti ötən il Dördyol qəsəbəsinin içməli su təminatını da gerçəkləşdirib. Şirkət bu layihəni Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Ağdam Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirib. Əhalisinin sayı 5 min civarında olan qəsəbədə subartezian quyusu qazılıb, içməli su problemi kökündən həll olunub. Hazırda qəsəbə sakinləri keyfiyyətli içməli su ilə təmin olunur.

    Sakinlər iddia edirlər ki, eyni problem Ağdam, Təzəkənd, Kürdlər qəsəbələrində də var.

    Ağdam rayon Sukanal İdarəsindən isə sakinlərin dedikləri təkzib olunur. İdarədən bildirilib ki, qəsəbələrə verilən içməli su vaxtaşırı laboratoriyalarda yoxlanılır və içməyə yararlı kimi qiymətləndirilir.


Xəbər lenti

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Masallı sakini: "Əsgərlikdə xəstəlik tapdım, pensiya ala bilmirəm"

Hakimiyyət Badamdar qəsəbəsində sürüşmə zonasında evləri sökməyə hazırlaşır

Cahangir Hacıyev Dünyamin Xəlilovla birlikdə məhkəmə qarşısına çıxarılacaq

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!