Masallıda azyaşlı uşaqlarla bağlı olaya DİN açıqlama verdi

Şrift : |
Tarix :27-09-2018, 03:51
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 325 dəfə
Like :
Like :

    Bir neçə gün öncə Masallı rayon Ərkivan qəsəbəsinin sakini Kazımov Elxan Dəmir oğlunun 7GUN.az-a müraciəti əsasında saytda "Uydurulmuş hadisənin istintaq qərarı-Masallıda biabırçılıq" başlıqlı yazı yayımlanmışdı.

    Həmin yazı ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Orxan Mansurzadə 7GUN.az-ın elektron poçtuna məktub göndərərək, Masallı rayon sakini Elxan Kazımovun məlumatı əsasında hazırlanaraq bəzi xəbər saytlarında yayımlanmış yazılarda polis əməkdaşları barədə yayılmış iddiaların heç bir məntiqi və hüquqi əsası olmadığını bildirib.

    Orxan Mansurzadənin açıqlamasına görə, polis əməkdaşları barəsində böhtan və şantaj xarakterli, qanun keşikçilərinin işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayması yolverilməzdir ki, bu da hüquqi məsuliyyət doğurur.

    7GUN.az əldə etdiyi məlumata görə, Masallı RPŞ-in əməkdaşları şikayətçi Elxan Kazımova təziyq edir.

    Bu məsələ ilə bağlı daha geniş araşdırmamızı yaxın günlərdə 7GUN.az-da oxuya bilərsiz.


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!