''Gəncənin hərbi komissarı olmaq üçün 180 min manat vermişəm''

Şrift : |
Tarix :29-09-2018, 01:41
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 460 dəfə
Like :
Like :

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi pul verdiyini etiraf edib

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunan Məlahət Məmmədovanın məhkəməsində zərərçəkmiş qismində ifadə verib.

    Əməkdar artist Könül Kərimovanı oğlunu Rusiyada ali məktəbə qəbul etdirib, bir müddət sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürmək vədiylə aldadıb pulunu mənimsəməkdə ittiham olunan M.Məmmədovanın R.Quliyevi də Gəncənin Kəpəz rayonunun hərbi komissarı təyin etdirmək adıyla aldatdığı iddia olunur. İttihama əsasən, R.Cəfərovdan hərbi komissar təyin olunması üçün 180 min pul alınıb. M.Məmmədova onu Kəpəz rayonuna hərbi komissar təyin etdirə bilməsə də, sonradan özü Qazax rayonuna eyni vəzifəyə təyinat almağa nail olub.

    R.Quliyev məhkəmədə bildirib ki, əvvəllər Müdafiə Nazirliyində işləyib. Təqaüdə göndəriləndən sonra M.Məmmədovanı tanıyıb və 2011-ci ildə ona 180 min manat pul verib. Onun sözlərinə görə iş alınmayıb, pulu da qaytarılıb: "Ona görə şikayət və tələbim yoxdur".

    Təqsirləndirilən M.Məmmədova zərərçəkmişin ifadəsinə münasibət bildirərkən deyib ki, aralarında pul söhbəti olub və R.Quliyevdən hərbi komissar təyin olunması üçün 180 min alınıb.

    Həmin pulu işi düzəltmək üçün başqa birinə verdiyini və həmin adamın da hazırda həbsdə olduğunu deyən M.Məmmədova 130 mini qaytardığını bildirib.

    Zərərçəkmiş R.Quliyev məhkəmədə dindiriləndə pulu M.Məmmədovaya niyə verdiyini və indi nə işlə məşğul olduğunu söyləmək istəməyib.

    Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.

    /Meydan.tv/


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!