Nazirə güvənən məmur üsyana niyə səbəb olur?

Şrift : |
Tarix :30-09-2018, 21:47
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 74 dəfə
Like :
Like :

    Ötən həftə redaksiyamıza daxil olan məlumatlar əsasında dərc etdiyimiz, ''Samir Şərifov Şəmkirdə üsyana zəmin yaradır?'' başlıqlı yazıdan sonra, yenidən redaksiyamızı bilgiləndirən mənbə qeyd edib ki, saytınızda dərc olunan məqalədən xəbər tutan Qoşun Heydərov rayona Maliyyə Idarəsinin müdiri vəzifəsinə gəlməsi ilə bağlı fikirində israrlı olduğunu bildirib.

    O, qeyd edib ki, ''mətbuatın nə yazmasından asılı olmayaraq, mən arxamda dayanan yüksək vəzifə sahibinə güvənirəm və Şəmkirə gəlməkdə israrlıyam.'' Onu da qeyd edib ki, ''Şəmkirlilər mənə heç nə edə bilməz. Çünki, mənim arxa-dayağım güclüdür.''

    Hörmətli oxucular, əlavə şərhə ehtiyac duymadığımızdan və sizi yormaq fikirində olmadığımızdan, ötən həftə Qoşun Heydərovla bağlı dərc olunan yazını yenidən sizlərin diqqətinə çatdırmağı özümüzə borc bildik. Beləliklə həmin yazını təqdim edirik: ''Şəmkir ƏƏSMM-nin rəisi vəzifəsini daşımış və il yarım işsiz qalmış Qoşun Heydərov əhaliyə ayrılan müavinətin ödənilməsi prosesində ciddi problemlər yaradıb.

    Belə ki, rayon sakinlərinə ayrılan müavinətin 7 ayını mənimsəyib, 3 ayın pulunu isə camaata ödəyib. Bu cür haqsızlığa dözməyən yerli camaat arasında böyük narazılıq yaranır. Bundan sonra ƏƏSMM-nin rəhbərliyi tərəfindən, vəzifə sahibi olan Qoşun Heydərovun ərizəsi alınaraq işdən kənarlaşdırılır. Bu olay 2014-cü ildə baş versə də, gözəgörünməz qüvvələr tərəfindən əhalinin narazılığına səbəb olaraq işdən çıxarılan qalmaqallı məmur 2015-ci ildə Ağstafa rayonunun Maliyyə idarəsinə rəis təyin olunur. Mötəbər mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, Qoşun Heydərov kabinet baxımından da standartlardan kənara çıxıb. Belə ki, o kabinetindəki əyləşdiyi ərazini teatrlardakı səhnələrə bənzədərək hündürə qaldırıb. Yəni qəbuluna gələn vətəndaşlar, rəisin üzünə baxmaq üçün, gərək aşağıdan yuxarı baxsınlar.

    Daxil olan məlumatlardan o da aydın olur ki, Ağstafada maliyyə problemlərinə və eyni zamanda bir çox nöqsanlara da yol vermiş Qoşun Heydərov Maliyyə Naziri Samir Şərifovun xeyr-duası ilə yenidən Şəmkir rayonunun Maliyyə İdarəsinə rəis təyin olmağa hazırlaşır. Artıq bu məsələdən xəbər tutan Şəmkir camaatı narahat olmağa başlayıblar .

    Bölgədəki mənbəmizin verdiyi məlumata görə, əhali arasında belə bir söz-söhbətlər də gəzir ki, ''əgər Qoşun Heydərov təkrar olaraq Şəmkirə hər hansı bir vəzifəyə gələrsə, yerli camaat yenidən üsyana qalxa bilər.'' Belə olan halda sual olunur ki, Maliyyə Naziri Samir Şərifov hansı maraqlar əsasında Şəmkirdə üsyana səbəb olacaq addımlar atır...?'' Ölkə başçısı İlham Əliyev cənabları dəfələrlə çıxışında bildirib ki, məmurlar xalqa xidmət etməlidir. İnsanlarda narazılıq yaratmamalıdır. Ancaq buna baxmayaraq, şəmkirlilərin narazılığına səbəb olmuş və yerli sakinlərin haqlı etirazına görə, vəzifə daşıdığı rayondan kənarlaşdırılır. Maraq doğuran hal odur ki, həmin məmurun yenidən qovulduğu rayona qayıtmasının səbəbi nə ola bilər? Bu sualın cavabını yerli sakinlər qısa və konkret ''qisas'' deyə bildirdilər.

    GundemXeber.Az


Xəbər lenti

Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar

Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir? FOTO-VİDEO

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar

"Qafqaz Sahil Hotel” bağlandı

Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır"

Araz Ağalarovun hesabları qapadılıb

Prokurorluq MTN-in vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib"

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!