"Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Şrift : |
Tarix :11-10-2018, 22:42
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 18 dəfə
Like :
Like :

    Şamaxı rayonunun Mədrəsə kəndində bir həftədir ki, torpaq sürüşməsi səngimək bilimir. Kəndin sürüşməyə meylli ərazilərində son günlər aktivlik qeydə alınıb. Sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sayı artaraq 13-ə çatıb. 7GUN.az dia.az-a istinadla bildirir ki, amma buna rəğmən çətin vəziyyətdə qalan sakinlər çarəsiz durumda buraxılıblar. Redaksiyamıza şikayət edən sakinlər bildirir ki, dəfələrlə Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevə müraciət etməyə çalışsalar da, buna nail olmayıblar: "Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

    Sakinlər isə dərdlərini danışaraq bildirirlər ki, son günlər yağan güclü leysan yağışları səbəbindən Mədrəsədə torpaq sürüşməsi aktivləşib. Bir həftə öncə başlayan sürüşmə gün keçdikcə daha da artaraq evlərə ciddi ziyan vurmağa başlayıb. Hazırda bir neçə evin divar və tavanında, eləcə də yardımçı tikililərdə xırda çatlar genişlənərək iri yarğanların yaranmasına səbəb olub.
    Kənd sakini Cəlal Çıxaidze deyir ki, əvvəl xırda-xırda çatları vardı, son iki-üç gündə yağan yağışlardan sonra isə çatlarda genişlənmə gedir: "Təhlükəli vəziyyət yaranıb. Bu evdə yaşamaq risklidir. Tavan düşür, divar gedir o tərəfə. Gündən-günə ev daha da qəzalı vəziyyətə düşür. Bəzi yerlərdə çatların eni 10-15 santimetrə çatır".
    Digər sakin Vahid Qasımov da yaranmış durumdan narahatlığını dilə gətirir: "Qabaqlar da sürüşmə var idi, amma bu dərəcədə deyildi. Artıq gecə yatdığımız yerdə vahiməli səsə yuxudan oyanırıq. Durub görürük ki, divar aralanıb, evdə yarıqlar əmələ gəlib. Çox qorxulu vəziyyətdir".
    "Artıq evimizin hər yeri zədələnib, tövlə ümumiyyətlə uçub, yoxdur, yardımçı tikilinin bütün divarları çatlayıb. Həyətdə torpaq ayağımızım altında oynayır, sürüşür. Xüsusilə, son yağışdan sonra vəziyyət daha da ciddiləşib" — deyir V.Qasımov.
    Torpaq sürüşməsi nəticəsində sakinlərə məxsus meyvə ağacları, əkin və örüş sahələri də yararsız hala düşüb.
    Torpaq sürüşməsi səbəbindən Şamaxı rayonunda 400-dən çox ev qəzalı vəziyyətdədir. Əsasən, sürüşmələr rayonun Cabanlı, Dədəgünəş, Keçmədin, Mədrəsə, Muğanlı, Sağyan və Meysəri kəndlərində baş verir. Amma bütün bunlara rəğmən Şamaxı sakinləri çarəsiz durumda buraxılıblar...
    İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri də dinləməyə hazırıq...


Xəbər lenti

Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar

Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir? FOTO-VİDEO

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar

"Qafqaz Sahil Hotel” bağlandı

Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır"

Araz Ağalarovun hesabları qapadılıb

Prokurorluq MTN-in vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib"

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!