Qazaxda hansı qanunlar işləyir bilmirəm

Şrift : |
Tarix :11-10-2018, 23:32
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 30 dəfə
Like :
Like :

    Məlum olduğu kimi , Qazax rayonuna 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, icra başçısı təyin olunan Rəcəb Babaşov yalnız baxça tikintisi ilə məşğuldur. Şəhərdəki binaların görünən tərəfləri də “maskalanır". Çoxları isə başçının gördüyü işləri tarixi hadisə adlandırır. Xərclənən vəsaitin dövlət vəsaiti olmadığını da düşünənlər var. Lakin, hər şeyə zamanın qiymət verəcəyi günə də az vaxt qalıb.

    7GUN.az xəbər verir ki, GundemXeber.Az-a daxil olan məlumata görə, şəhərdəki bağçaları icra başçısının özəlləşdirdiyi də iddia olunur. Hələ o da söylənilir ki, başçı bağçalarda çalışan qadınları da yaraşmayan tərzdə ifşa edir. İstədiyini işdən çıxarır, istədiyini isə işə qəbul edir. Nə etdiyini də anlamaq olmur. Rəcəb Babaşov hətta deyilənlərə görə, hamının ona baş əyməsindən belə ləzzət alır. Biznesini qurduğu Qazaxın 1-ci Şıxlı kəndinə həftədə 5 dəfə də getsə, gərək yol qırağı kəndlərin icra nümayəndələri və bələdiyyə sədrləri o gələnə kimi yol kənarlarında ayaq üstə dursunlar. Yoxsa... Yayın cırhacırına baxmayaraq pencəkdə gərək tər töksünlər. Bu heç Çauşevski rejimində də olmayıb. Bəs başçının belə hərəkətlərindən nə üçün cənab Prezident İlham Əliyev xəbərsizdir?

    Məlumat üçün onu da qeyd edək ki, dəfələrlə ölkə başçısı İlham Əliyev bütün məmurlara, o cümlədən əyalətlərdəki “kiçik padişahlar”a, yəni icra başçılarına yerlərdə vətəndaşlara zülm etdiklərinə görə, barmaq silkələməsinə baxmayaraq, yenə də hər kəs öz işindədir və təəssüflər olsun ki, deyilənlərin hamısı yerindəcə qalır. Bir məsələ də maraq doğurur ki, vətəndaşlarla görüşlərində cənab İlham Əliyev vurğulayıb ki, “mənim hər şeydən xəbərim var”. Bəli, varsa ölkə başçısının həmin icra başçıları haqqında ciddi tədbirlərin görülməməsi təəssüf doğurur.

    "Bəşər bir-birinə zülm edir nədən?
    Yüz qanun uydurur hər gəlib-gedən"
    Səməd Vurğun.

    İcra başçısı əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi qadın müavini Gülayə Həsənova ilə əl-ələ verib rayondakı bağçalara zülm edirlər. Eyni zamanda GundemXeber.Az-a daxil olan məlumatda o da bildirilir ki, istədikləri vaxt icra başçısı 5-6 nəfər özündən aşağı məmur da başda olmaqla bağçalara gətirir. Orada da çalışanların demək olar ki, hamısı qadınlardır. Qapını döymədən qadınların üstünə getmək milli mentolitetimizdə nə dərəcədə uyğundur? Bunları görən uşaqların psixoloji gərginliyini bəs hara qoyaq?

    Rəcəb Babaşov və Gülayə Həsənova açıqca bu ölkənin qanunlarını tanımırlar. Bir işçini işdən qovmaq üçün əvvəlcə xəbərdarlıq, sonra töhmət, daha sonra şiddətli töhmət və sairə verdikdən sonra Həmkarlar təşkilatının iştirakı ilə nəsə etmək olar. Qazaxda isə açıq aydın dərəbəylikdir. Filankəsi işdən çıxart, filankəsin də nəyinisə al, qoy həmin yerə! Bu nə deməkdi?

    Hətta verilən məlumata görə nə icra başçısına, nə də ki, qadın müavinə yaraşmayan hərəkətlər də baş verir. Bağçadan kimisə zorla işdən azad edəndə də, kimisə üzünə durdururlar. Guya işçilərdən valideynlər narazıdırlar. Valideynlərdən zorla ərizələr alınır. İnanırıq ki, Allah bu müqəddəs ayda heç cürə belə səhvləri bağışlamayacaq. Qadınlara qarşı belə amansız tədbir rəhbərə yaraşmayan bir hərəkətdir.

    Qazaxda hansı qanunların işləməsi məlum deyil. Məlum olanı odur ki, yazılmamış qanunlardan istifadə etmələri günümüzün reallığına da çevrilib.
    Hesab edirik ki, ölkə başçısı burada ədaləti bərpa edəcək. Çünki o, peşəkar adamların işdən uzaqlaşdırılmasına, məmur özbaşınalığına hər zaman qarşı çıxıb və bu cür insanları ölkə qanunlarına uyğun olaraq ciddi şəkildə cəzalandırıb.

    Bizim qanunsuz olaraq işdən çıxarılan xanımları müdafiə xarakterli yazıları yazmaqda məqsədimiz qanunsuzluğun digər bağçalarda da prosesə çevrilməsinin qarşısını almaqdır. İnsanları qanunsuz işdən azad etmək, özəlliklə də qanunları pozmaqla, onların taleyini açıq şəkildə «qaraltmaq» deməkdir.
    Keçmişin inzibati amirlik metodu stalinizmlə birlikdə tarixin zibilliyində çoxdan dəfn olunub. Əgər bu gün hansısa rayon rəhbəri hələ də bu təfəkkürlə idarəetmə baxışlarında ilişib qalıbsa, bu onun şəxsi faciəsinin təməli deməkdir. Deməli onlar özləri ilə birlikdə bütün rayonu da keçmişin zibilliyində dəfn etmək siyasətini aparırlar. Buna zamanın ironik də olsa, belə bir düşüncə sistemi ilə yanaşmaq, insanlığın tamamilə məhvidir. Mövzunu diqqətdə saxlayacağıq.
    7GUN.Az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Xəbər lenti

Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar

Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir? FOTO-VİDEO

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar

"Qafqaz Sahil Hotel” bağlandı

Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır"

Araz Ağalarovun hesabları qapadılıb

Prokurorluq MTN-in vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib"

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!