Gələn il Ağsu rayonuna yeni icra başçısı təyin olunacaq?

Şrift : |
Tarix :31-10-2018, 01:14
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 118 dəfə
Like :
Like :

    Bir neçə rayonun icra başçılarının tutduqları vəzifə ilə vidalaşacağı bağlı dolaşan informasiyalar özünü doğrultmaqdadır. Dövlət paşçısının dünən Şamaxı , Səbail və Beyləqan rayonlarının icra başçıları ilə bağlı verdiyi sərəncam, artıq bir neçə rayonun icra başçılarının növbə gözlədiyindən xəbər verir.

    7GUN.az xəbər verir ki, Sozcu.az-a daxil olan məlumata görə, yol üstə olan icra başçılarından biri də Ağsu rayonunun İcra başçısı Ənvər Seyidəliyevdir. Bacısı oğlu və bacanağı olduğu deyilən eks-nazir Səlim Müslümovun dəstəyi ilə uzun müddət vəzifədə qalmağı bacaran Ənvər Seyidəliyevin Səlim Müslümovun nazir vəzifəsindən azad edilməsindən sonra durumunun yaxşı olmadığı bildirilir.

    Səlim Müslümovun nazir olduğu zamanlarda vəzifəsinin icrasında - o cümlədən kənd təsərrüfatının inkşafında ciddi səhlənkarlığa yol verən Ənvər Seyidəliyevin dövlətin fermerlərə dəstək üçün ayırdığı pulları yaxın çevrəsi arasında bölüşdürülməsi barədə mətbuatda yazılan məlumatlarla bərabər, rayon sakinlərinin və fermerlərin durumunu acınacaqlı hala salması barədə dövlət başçısına ünvanlanan kütləvi şikayət məktublarının artıq aidiyyəti qurumlar tərəfindən diqqətə alındığı bildirilir.

    Məlumat verən mənbənin bildirdiyinə görə, Ənvər Seyidəliyevə bu il lazımi baramanı və pambığı təhvil verməsi üçün vaxt qoyulub. Bununla bağlı yaxın rayonların icra başçılarından pambıq planını doldurmaq üçün kömək istəsə də bu mümkün olmayıb. Görünür uzun illər başı var-dövlət toplamağa qarışan Ənvər Seyidəliyev qohumu Səlim Müslümovun vəzifədə hələ çox qalacağını düşündüyü üçün özünün “dar günü”nü düşünməyi unudub.

    İlin axrında Ənvər Seyidləyevin dövlət başçısına gördüyü hansı işlər barədə hesabat verəcəyi isə sual altındadır. İşsizliyin ən çox tüğyan etdiyi Ağsu rayonunda kənd təsərüfatının acınacaqlı duruma salınması, rayon sakinləri ilə bərabər Ağsu rayonunda vəzifə sahibləri olan məmurların da ondan ciddi narazılıqları Ağsunun icra başçısının durumunun yaxşı olmadığından xəbər verir.

    Artıq Ağsu İcra Hakimiyyətində ciddi yoxlamaların başlanıldığı deyilir. Məlumata görə, yaxın zamanlarda prezident İlham Əliyevin rayonlara səfəri plamlaşdırılır. Dövlət başçısının səfərindən sonra Ağsunun icra başçısının da taleyinin həll ediləcəyi gözlənilir. Yaqin ki, gələn ilin yanvar ayında Ağsu rayonuna yeni icra başçısı təyin olunacaq.

    Xatırladaq ki, ölkənin ən kasıb rayonlarından olan Ağsunun icra başçısı Ənvər Seyidəliyevin adı zəngin məmurların adları ilə yanaşı çəkilir.

    Bildiririk ki, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev haqqında bir çox ciddi şikayətlər ünvanlanıb. Həmin şikayətləri araşdırdıqdan sonra yaxın günlərdə dərc edəcəyik.

    P.S. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.


Xəbər lenti

Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Demokratiya və Rifah Uğrunda Hərəkatın fəalı Hüseyn Məlikin şikayəti təmin edilməyib

Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"

"Sosial mediada əxlaqa zidd məsələlər təbliğ olunur" Mübariz Qurbanlı

Baş redaktorun işi məhkəməyə göndərilib

"Şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi zamanı ədalət prinsipi əsas olmalıdır"

"İcra hakimiyyəti heç kəsdən pul almayıb” Ş.İbadov

Mingəçevirə yeni başçı təyin edilib

Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib

Brakonyerlər maral vurublar

Sərhəddə narkotik qaçaqmalçıları saxlanılıb

MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!