Göyçayda “Nar festivalı” üçün kütləvi pul yığıldığı bildirilir

Şrift : |
Tarix :8-11-2018, 07:45
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 41 dəfə
Like :
Like :

    Göyçay rayonunda 3-4 noyabr tarixində keçirilən “Nar festivalı” üçün idarə və müəssisələrdən kütləvi pul toplanılıb.

    Bu haqda hüquq-müdafiəçisi Taleh Xasməmmədov özünün feysbuk səhifəsində yazıb.

    Onun bildirdiyinə görə, bu iş Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının icra katibi Cavid Rəhimova həvalə edilib.

    “Bu şəxs festivaldan 1 həftə əvvəl YAP qərargahında bir divan və bir yazı masası qoyaraq sərgi və yarmarkada iştirak edənləri növbəli şəkildə qəbul etməyə başlayıb. Onun yazı masasının üstündə pul qutusu, bələdiiyə qəbzləri, siyahı üçün dəftər və bir də qələm olub. Rayonun büdcə təşkilatları, orta sahibkarlar, icra və bələdiyyə nümayəndələri məcburiyyət qarşısında adlarını siyahıya 500-1000 manat rüşvət verməklə saldırıblar. Kəndli fermerlər isə öz məhsullarını satmaq üçün bir piştaxta üçün 100-300 manat arasında pul verməli olublar. Bundan əlavə bayram günlərində yer tuta bilməyən, şəhərin müxtəlif yerlərində 1-2 yeşik məhsulunu satmaq istəyən kəndlilər isə Cavid və onun dəstəsi tərəfindən yaxalandığı səbəbindən 30-50 manat “ödəniş” etməyə vadar qalıblar”, – deyə Taleh Xasməmmədov bildirib.

    Taleh Xasməmmədov onu da əlavə edib ki, Göyçayda baş tutmuş “Nar festivalı”nın təşkilatçısı Rusiyada yaşayan milyarder Fərhad Əhmədov olub.

    “Deyilənə görə, o, tədbirin keçirilməsi üçün ümumilikdə 300 min manatdan artıq vəsait sərf edib. Maraqlı burasıdır ki, əgər tədbirin xərcləri Fərhad Əhmədov tərəfindən qarşılanıbsa, bəs nəyə görə YAP qərargahında “rüşvət masası” qurulub?”, – hüquq müdafiəçisi yazıb.

    Taleh Xasməmmədov YAP-ın Göyçay rayon təşkilatının icra katibi Cavid Rəhimovun 100 minlərlə pul topladığını iddia edib.

    Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsində, həmçinin rəsmi qəzet və saytlarda Festivalın Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirildiyi haqqında məlumatlar yer alır.

    Bəzi mənbələrin məlumatına görə isə, festivalın təşkilatçılığı yerli icra strukturu tərəfindən olsa da, maliyyə məsələləri “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov tərəfindən ödənilib.

    Cahan.info saytında məsələyə Göyçay rayon İcra Hakimiyyəti rəsmisinin münasibəti dərc edilib.

    Göyçay RİH-nin sektor müdiri Kamran Kərimov iddiaları inkar edib: “AzNar” sadəcə bir stend qoymuşdu, öz məhsulların satırdı, heç bir sponsorlıq etməyib. Müəyyən işlərdə köməklik etdi, məsələn, moda festivalı keçirdi, bundan başqa heç bir şey etməyib”.

    İH-nin rəsmisi vurğulayıb ki, “Nar festivalı”nı İcra Hakimiyyəti keçirib və heç kim maddi dəstək göstərməyib: “Festival keçirildi, kimə nə aidiyyatı var vəsaiti kim ödəyib? Festival gözəl keçdi, nəyi araşdırırsız, sizin nə haqqınız var ki, baş tutan festival haqqında araşdırma aparırsız? Kim maraqlanır ki, nə qədər vəsait xərclənib festivala? İctimayyətə lazım deyil kim keçirib festivalı, kim nə qədər vəsait xərcləyib.
    Siz bunu araşdıra bilməzsiniz. Bu Sizin səlahiyyətinizdə deyil, ictimaiyyətin gözünə nə soxursuz ki, kim nə qədər pul xərcləyib?”

    Göyçayda “Nar festivalı” üçün kütləvi pul yığıldığı bildirilir
    Göyçayda “Nar festivalı” üçün kütləvi pul yığıldığı bildirilir


Xəbər lenti

Fransa Dağlıq Qarabağ Respublikasını tanımır

17 noyabr Milli Dirçəliş Günüdür

Əli Kərimli və Cəmil Həsənli həbs edildi - VIDEO

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Siyasi məhbuslara işgəncə verən vəzifəli şəxlərin qara siyahısı hazırlanır

"Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır": K.Puarel

BDU rektorunun işdən çıxarılmasının səbəbi qalmaqal salmasıdır (yenilənib)

"Sədərək" ticarət mərkəzində yanğın

Zaur Rövşənlinin apellyasiya şikayəti təmin olunmayıb

Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır

Səhiyyə nazirinin qocalar evinə atılan xalası qızı müalicə oluna bilmir

"Arada olan bu insanlar məmur adına da ləkə gətirir”- Adil Əliyev

Azərbaycan Cümhuriyyəti müvəqqəti parlaman rəisindən Ənvər paşaya məktub

"Mən Mətbuat Şurasının üzvü olmaya-olmaya bunu niyə Mətbuat Şurası araşdırmalıdır? "- Dəyanət Babayev

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!