Vətəndaş Prezidentdən kömək istəyir

Şrift : |
Tarix :22-11-2018, 00:01
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 123 dəfə
Like :
Like :

    Masallı şəhər 2-ci Dadva məhəlləsinin sakini Nəzərova Zəminə Ağababa qızının şikayəti əsasında 7GUN.az 22 oktyabr 2018-ci ildə "Masallı rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Nadir Abıyev rüşət alaraq dələduzluq edib?!" başlıqlı məqalə dərc etmişdi. Biz bildirmişdik ki, Zəminə Nəzərovanın şikayətini diqqət mərkəzində saxlayacağıq.

    Bu gün Zəminə Nəzərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova ünvanladığı müraciətin surətini 7GUN.az-a göndərmişdir. O, bildirir ki, 24 sentyabr 2018-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Nadir Abıyevin 2016-cı ilin may ayından ondan rüşvət alaraq dələduzluq etməsi barədə Prezident İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova ünvanladığı şikayət məktubunu Masallı rayon Prokurorunun köməkçisi İlham Sadıqovun icraatında araşdırılır. İlham Sadıqov ondan və oğlu Əmrahdan baş verən hadisə barədə izahat almışdır. Lakin Prokuror köməkçisi Nadir Abıyevdən hal-hazıra kimi izahat almamış və üzləşmə protokolu tərtib etməmişdir. Zəminə Nəzərova şikayətlənir ki, İlham Sadıqov onun təqdim etdiyi telefon danışıqlarına və videogörüntülərə hüquqi qiymət verməkdən yayınır. Zəminə Nəzərova xahiş edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı rayon Prokurorluğunda şikayətinin obyektiv araşdırılması və təmin olunmasından ötrü Baş Prokuror Zakir Qaralova müvafiq göstəriş versin.

    7GUN.az olaraq, Zəminə Nəzərovanın şikayətini diqqətdə saxlayacağıq.

    Rafiq Çağlar


Xəbər lenti

Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Demokratiya və Rifah Uğrunda Hərəkatın fəalı Hüseyn Məlikin şikayəti təmin edilməyib

Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"

"Sosial mediada əxlaqa zidd məsələlər təbliğ olunur" Mübariz Qurbanlı

Baş redaktorun işi məhkəməyə göndərilib

"Şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi zamanı ədalət prinsipi əsas olmalıdır"

"İcra hakimiyyəti heç kəsdən pul almayıb” Ş.İbadov

Mingəçevirə yeni başçı təyin edilib

Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib

Brakonyerlər maral vurublar

Sərhəddə narkotik qaçaqmalçıları saxlanılıb

MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!