İmişli rayonunda bir qrup sakin aclıq aksiyasına başlayacaq

Şrift : |
Tarix :27-11-2018, 04:00
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 30 dəfə
Like :
Like :

    İmişli rayonunun bir qrup sakini noyabrın 30-da "Ədliyyə Evi"nin önündə aclıq aksiyasına başlayacaq. 7GUN.az-ın məlumatına görə bu barədə Turan-a rayon sakini Vüqar Qədirov bildirib.

    Aclıq banklara olan borcların tutulması ilə bağlı çıxarılmış məhkəmə qərarlarının sərt icrası ilə əlaqədardır:

    "İcra şöbəsinin yeni rəisi banklarla əlbir işləyir. O, ciddi-cəhdlə çalışır ki, adamları çətin duruma salmaqla borcları az müddətdə toplasın. Məsələn, mənim qardaşımın 480 manatlıq maaşının yarısını tutmaqla kifayətlənməyib, onun zamininin də maaşının yarısını borca yönəltdirib. Qardaşım zamindən tutulan pulu ona qaytarmalıdır. Buna görə qardaşımın əlində aylıq maaşından heç nə qalmır", - V.Qədirov bildirib.

    Digər sakin Namiq Soltanov da məhkəmə icraçılarından şikayətlənir.

    "Mən Qaz İstismarı İdarəsində işləyirəm. Aylıq gəlirim 350-500 manatdır. Aylardır ki, əmək haqqımın yarısı bu borca görə tutulurdu. Bir neçə gün əvvəl zaminimə hədə-qorxu gəliblər ki, avtomobilinə həbs qoyulacaq. Mən borcu ödəməkdən imtina etməmişəm ki, niyə başqa şəxsi də bu işə cəlb ediblər?", - N.Soltanov qeyd edib.

    Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsi Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyinin yerli şöbələrinə və rayon administrasiyasına müraciət edib.

    Aksiyanın əsas təşəbbüskarları Qarabağ əlilləri və müharibə veteranlarıdır, sözügedən qurumun İmişli şöbəsinin rəhbəri Taleh Tapdıqov bildirib. Onun sözlərinə görə, aksiya qərarını şöbə qəbul etməsə də qurum üzvlərinin taleyilə bağlı narahatdır.

    O, rayon orqanlarını problemi dialoq yolu ilə həll etməyə çağırıb.

    Əgər aksiyanın keçirilməsinin qarşısını almaq mümkün olmazsa, vətəndaşların təhlükəsizliyi təmin edilməli, aclıq edənlər tibbi nəzarətə götürülməlidir.

    İmişli Rayon İcra və Probasiya İdarəsinin rəisi Ruhin Xəlilov isə hesab edir ki, onun işçiləri qanun çərçivəsində hərəkət edirlər.

    Eyni zamanda o, rayon Veteranlar Birliyinin idarəyə müraciət etdiyini təsdiqləyib. Onun sözlərinə görə, müraciət öyrəniləcək, mümkün olduğu qədər güzəşt ediləcək.


Xəbər lenti

Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Demokratiya və Rifah Uğrunda Hərəkatın fəalı Hüseyn Məlikin şikayəti təmin edilməyib

Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"

"Sosial mediada əxlaqa zidd məsələlər təbliğ olunur" Mübariz Qurbanlı

Baş redaktorun işi məhkəməyə göndərilib

"Şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi zamanı ədalət prinsipi əsas olmalıdır"

"İcra hakimiyyəti heç kəsdən pul almayıb” Ş.İbadov

Mingəçevirə yeni başçı təyin edilib

Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib

Brakonyerlər maral vurublar

Sərhəddə narkotik qaçaqmalçıları saxlanılıb

MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!