Rafiq Cəlilov və doğmaları polisdən buraxılıb (YENİLƏNİB)

Şrift : |
Tarix :12-06-2018, 02:49
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 490 dəfə
Like :
Like :

    Rafiq Cəlilov və doğmaları polisdən buraxılıb (YENİLƏNİB)
    "Talışon sado" qəzetinin ("Talışın səsi") baş redaktoru Rafiq Cəlilov və doğmaları iyunun 12-də günün ikinci yarısında polis şöbəsindən buraxılıb.
    R.Cəlilov Turan-a deyib ki, onları beş saatdan çox Lənkəran polisində saxlayıblar.
    Onun sözlərinə görə, polis qəzetdə dərc edilən materiallarla maraqlanıb, Avropada siyasi mühacirlərin yaratdığı "Oyan" hərəkatının simvolu olan qum saatının təsvir edildiyi yazılarla bağlı iradını bildirib.Bu yazıları etirazlara çağırış kimi qəbul ediblər.
    Sonda R.Cəlilovu və ailə üzvlərini buraxıblar, onun avtomobilində olan qəzetin son nüsxələrini götürüblər. Eyni zamanda saxlanılan şəxslərlə nəzakətlə davranıblar.
    Redaktorun və ailəsinin olduğu avtomobil günün birinci yarısında saxlanmışdı. Turan.az


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!