“Vətən xaini” adı ilə öldürülənlərin yaxınları şok faktlar açıqlayır VİDEO

Şrift : |
Tarix :7-12-2018, 04:09
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 126 dəfə
Like :
Like :

    2017-ci ilin may ayında ölkəni sözün əsl mənasında şoka salan bir rəsmi xəbər yayıldı. Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatı (https://mia.gov.az/?/az/news/view/1085) ciddi narahatlıq törətməklə yanaşı xeyli şayiələrin yayılmasına səbəb oldu.

    Sonradan yayılan rəsmi məlumatlarda günahlandırılan bir neçə hərbçinin öldüyü göstərilirdi. İstintaq bitdikdən sonra iş Tərtər Rayon Hərbi Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslərlə bağlı ayrı-ayrılıqda bir neçə məhkəmə artıq başa çatıb. Tərtər Hərbi məhkəməsinin 3 hökmü ilə 22 nəfərə (11 nəfər, 7 nəfər və 4 nəfər) 5 ildən 20 ilə qədər azadlıqdan mərhumetmə qərarı çıxarılıb. Həmin hökmlər Gəncə Apellyasiya Məhkəməsində qüvvədə saxlanılıb.

    İşgəncələrə məruz qalaraq dünyasını dəyişən 9 nəfərlə bağlı iki məhkəmə prosesi hazırda Tərtər Hərbi Məhkəməsində davam etdirilir.

    Həmin məhkəmələrdə N saylı Hərbi Hissənin hüquqşünası Fuad Ağayev, Qurban Cümşüdov və Cavid Ağadadaşov digər prosesdə isə Ruslan Mikayılov, Sənan Maşıyev, Elşin Əliyev, Polad Əzizov və Cabir Qəhrəmanov təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Ölənlərdən Binnətov Səxavət, Mirzəyev Elçin, Qafarov Saleh və Kazımov Suleyman barəsində bəraətverici əsaslarla xitam qərarı çıxarılması gözlənilsə də, digərləri Quliyev Elçin, Hüseynov Mehman, Ocaqverdiyev Ruslan və Ağazadə Elxan barədə isə bu hal gözlənilmir. Bu səbəbdən öldürülənlərin ailə üzvləri müxtəlif instansiyalara şikayət edərək yaxınları barədə bəraət hökmü çıxarılması istəyindədirlər. Məsələni ictimailəşdirməklə buna nail olacaqlarına əminlikləri var. Onların bildirdiyinə görə, istər təqsirləndirilənlər, istərsə də şahid və zərərçəkmiş kimi məhkəmədə ifadə verənlər öldürülənlərin işgəncə nəticəsində dünyalarını dəyişməsini təsdiq edib. Lakin əsas günahkarların daha yüksək rütbəli hərbçilər (Korpus Komandiri general Hikmət Həsənov, onun müavinləri Babək Səmədli, Qiyas Abbasov, Teymur Məmmədov və digərləri) və hərbu prokurorluq işçiləri (Hərbi Prokurorun müavini Şəfaət İmranov, istintaq qrupunun rəisi Emin Vəliyev və digərləri) olmasını bildirirlər.

    Tərtər rayonu Qapanlı kənd sakini Validə Əhmədova (öldürülən Elçin Quliyevin anası) və Cəmilli kənd sakini Yeganə Hüseynova (öldürülən Mehman Hüseynovun həyat yoldaşı) azadliq.info-ya türkürpədici faktlar danışıb. Video reportajı təqdim edirik.



Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!