Azərbaycanda 24 min 117 məhbus var

Şrift : |
Tarix :16-01-2019, 01:35
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 234 dəfə
Like :
Like :

    7GUN.az xəbər verir ki, bu barədə məlumatı tanınmış hüquq müdafiəçisi Oktay Gülaliyev özünün feysbuk səhifəsində yazıb:
    "Dostlar, bildinizmi Azərbaycan təkcə siyasi məhbusların sayına görə deyil, ümumi məhbusların sayına görə də Avropanın lider ölkələrindən biridir. Aparılan beynəlxalq araşdırmanın nəticələrinə görə ölkəmiz əhalinin hər 100 min nəfərinə düşən məhbusların sayına görə Avropada üçüncüdür. Həmin məlumatlara görə Azərbaycanda 24 min 117 məhbus var (Reallıqda isə bu rəqəm daha böyükdür- red.). Bu hər 100 min nəfərə 248, 5 məhbus deməkdir. Reytinq cədvəlində birinci yeri 641 min məhbusu olan Rusiya tutur...

    Son illər ölkəmizdə məhkumların ümumi sayında 23 faiz, həbsxanalardakı sıxlıqda 25 faiz, qadın məhkumların sayında 83 faiz artım qeydə alınıb (!?).

    Son illər Azərbaycanda yeni həbs yerləri inşa edildiyi halda Hollandiyada 2014-cü ildə 14, 2016-cı ildə 5 həbsxana bağlanıb. Hətta 2016-cı ilin sentyabr ayından türmələr boş qalmasın deyə Norveçdən 240 dustaq cəza çəkmək üçün Hollandiya həbsxanalarına yerləşdirilib. Hollandiya əhalinin hər 100 000 nəfərinə düşən məhbusların saylına görə 59 nəfərlə Avropada 49-cu yerdə qərarlaşıb.

    Görürsünüzmü, bunlar yeni həbs yerləri inşa edib, həbslərin sayını artırırlar. Ölkəni bütünlüklə həbsxanaya çevirmək istəyirlər. Ölkəmizin başdan- başa həbsxanaya çevrilib insanlarımızın dustaq olmasını istəmiriksə gücümüzə güc qatıb bir olmalıyıq. Haqqımıza sahib çıxıb xalqımıza azadlıq, ölkəmizə ədalət əldə etməliyik...

    Gəlin, Milli Şuranın 19 yanvar mitinqinə gəlib istəyimizi və tələbimizi birgə səsləndirək. Xalqımıza və siyasi məhbuslara bir yerdə azadlıq tələb edək!"- deyə Oktay Gülaliyev bildirib.


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!