Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Şrift : |
Tarix :18-01-2019, 09:24
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 237 dəfə
Like :
Like :

    Hüquq müdafiəçisi Oktay Gülalıyevin şəxsi feysbuk səhifəsində paylaşdığı statusu 7GUN.az olaraq təqdim edirik:
    “Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Əliyev rejiminə qarşı mübarizədə həmişə öndə yer alıb. Keçirilən etiraz aksiyalarının fəal təşkilatçılarından olub. Üzvləri həbs edilib, işdən çıxarılb, ölkədən didərgin salınıb, amma mübarizədən çəkinməyiblər. Çox təəssüflər ki, son illər partiyanın əvvəlki əzmindən, mübarizəsindən əsər- əlamət qalmayıb. Ölkədə çox ciddi ictimai- siyasi hadisələr baş verir, xalqımızın haqqı- hüququ tapdanır, sərvətləri talan edilir, oğurlanıb ofşarlara çıxarılır, insanlar şərlənib həbs olunur partiya rəhbərliyi ciddi addım atmır. Bilərəkdən və ya bilməyərəkdən Elçibəydən əmanət qalmış milli bir təşkilat Əliyev rejiminə, avtoritarizmə qarşı mübarizədən kənarda saxlanılır...

    Son günlər də ölkəmizdə çox ciddi hadisələr baş verməkdədir. Mehman Hüseynov və digər siyasi məhbuslarla bağlı ölkə daxilində və xaricdə böyük kapmaniyalar aparılır. KXCP və onun rəhbərliyinin səsi çıxmır, atdığı addımlar görünmür. Hətta Avropa Parlamentinin 533 deputatı lehinə olmaqla ölkəmizdə tüğyan edən avtoritarizmlə bağlı Qətnamə qəbul edilir, bütün Avropa "Azərbaycan" deyib hayqırır, KXCP və onun sədri Mirmahmud Mirəlioğlunun səsi yenə gəlmir. Həbsdə siyasi məhbuslar, Musavat Qərargahında ictimai fəallar aclıq aksiyası keçirir, yenə M. Mirəlioğludan xəbər yoxdur.

    Ölkədə hökm sürən qanunsuzluğa, dərəbəyliyə, talana, despotizmə etiraz əlaməti olaraq sabah, 19 yanvarda ümumxalq mitinqi keçiriləcək. Milli Şura, AXCP, Musavat, REAL, ADR və s. qurumlar, ictimai fəallar mitinqdə iştirak edəcəklərini bəyan edib xalqı mitinqə çağırır, amma yenə KXCP rəhbərliyi və onun sədri Mirmahmud Mirəlioğludan səs çıxmır. Mən sual edirəm, hörmətli Mirmahmud bəy, bəs nə zaman sizin səsiniz gələcək? Siz kimin əmisi oğlusunuz; xalqın, yoxsa bu xalqa qənim kəsilənlərin? Niyə ölkədə hökm sürən ədalətsizliyə, xalqa divan tutma siyasətinə, repressiyalara etiraz etmirsiniz? Bu gün Ali Karimli, Arif Hacılı, Isa Gambar, Ilgar Mammadov, Gubad Ibadoglu, İsgəndər Həmidov, Panah Huseyn və s. daxil olmaqla müxalifətin geniş spektri bir araya gəlib Əliyev rejiminə qarşı mübarizə meydanındadır. Hamını sabahkı mitinqdə iştiraka səsləyirlər. Bəs siz hardasınız, siz kimin yanındasınız?

    Əziz və dəyərli KXCP üzvləri,
    Siz həmişə liderimiz Əbülfəz Elçibəyin yolu ilə gedərək avtoritarizmə, haqsızlığa, zülmə qarşı mübarizənin önündə olmusunuz. Mübarizənin önündə olmaq sizin missiyanız və haqqınız olub. Bizim mübarizə hələ birməyib. Ölkəmizdə Azadlıq və Demokratiya hələ qalib gəlməyib. Mən sizin sıravi partiyadaşınız olaraq sizi avtoritar Əliyev rejiminə qarşı mübarizədə PARTİYAMIZIN RƏHBƏRLİYİNDƏN FƏRQLİ olaraq daha fəal və mübariz olmağa çağırıram. Siyasi məhbuslara azadlıq tələbi ilə sabah, 19 yanvar saat 15.00- da "Məhsul" stadionunda keçiriləcək mitinqində iştirak etməyə, ölkəmizdə hökm sürən repressiyalara, yalana və talana etiraz etməyə çağırıram!

    Siyasi məhbuslara azadlıq!”


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!