Mitinq iştirakçıları polisə çağırılır

Şrift : |
Tarix :23-01-2019, 21:08
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 72 dəfə
Like :
Like :

    Müxalifətin 19 yanvar mitinqində iştirak edən şəxslər yaşayış yeri üzrə polis bölmələrinə çağırılır.

    "Bu gün qeydiyyatda olduğum yer üzrə polis rəisi mənə telefon edərək 19 yanvar mitinqində iştirak edib-etmədiyimi soruşdu. Mən iştirak etdiyimi bildirdim. Xatırlatdım ki, mitinq icazəli idi və mən jurnalistəm. Bundan sonra yaşadığım yeri soruşdu və söhbəti bitirdi", - jurnalist Ramin Deko Facebook səhifəsində yazıb.

    Onun sözlərinə görə, belə vəziyyətlə ilk dəfədir üzlşir. Bundan öncə telefon etməyiblər, mitinqdə nə etdiyini, nə ilə məşğul olduğunu soruşmayıblar.

    "Maraqlıdır ki, telefon zəngi mitinqdə istifadə etdiyim nömrəyə gəldi. Deməli, mənim barəmdə məlumat Azercell GPRS-dən verilib", - R.Deklo qeyd edib.

    Onun sözlərinə görə, başqa jurnalistlər də belə problemlə üzləşiblər. Belə ki, Müşfiq Cabbarov da bildirib ki, sahə polis müfəttişi ona telefon edərək polis rəisinin onu çağırdığını deyib.

    "Mən nə baş verdiyini soruşanda dedi ki, bölmədə bilərəm. Mən də dedim ki, rəsmi bildiriş göndərsinlər", - M.Cabbarov deyib.

    Fəal Nigar Həzi deyib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşı Roman Allahverdiyev onu polisə çağırıb. "O, aydın şəkildə bir şey anlatmadı. Mən soruşdum ki, bəlkə bu 19 yanvar mitinqi ilə əlaqədardır, o, heç nə demədi", - N.Həzi qeyd edib.

    İstifadəçi Şakir Məmmədov bildirib ki, ötən gün gecəyarısı onu Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar və mitinqdə iştirakı barədə soruşublar. O, idarədə 20-yə yaxın AXCP fəalı görüb.

    "Kompüterdə anket məlumatları yoxlayan əməkdaş dedi: O, köhnələrdəndir, bizdə onun barəsində məlumat var, buraxın getsin" , - fəal sosial şəbəkələrdə yazıb.

    Turan


Xəbər lenti

Biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq

“Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”

“Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib

Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır

Bərdə polisləri ilə maşın oğrusunu nə bağlayır?

Beyləqanın icra başçısından absurd asfalt fırıldağı

Harlem Dezirdən Azərbaycan hakimiyyətinə çağırış

Kollecdə “hökumət dəyişikliyi”

Pirallahı rayonunda problemlər

Enerji içkiləri hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olur

Mingəçevirdə bağçaların mövcud vəziyyəti

Araşdırmalarımız davam edir

Müşfiq Rəhimov məhkəməyə hörmətsizlik edir

Hava pisləşəcək, sulu qar yağacaq

Milli Şura fevralın 23-nə mitinq təyin etdi

Ölkə prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib

Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”! -VİDEO

Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu ?

Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır

Ağsu rayonunda əhali su əvəzinə qaz içir?

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!