Mobil operatorların oğurluğu


Ölkədə fəaliyyət göstərən mobil operatorlar əhalinin ağır sosial və iqtisadi durumda olmasına baxmayaraq, müxtəlif layihələri həyata keçirtməklə nəzərə çarpmayacaq dərəcədə vətəndaşları soyurlar. Mobil operatorların hakimiyyətdə yüksək səlahiyyətlərə malik olan himayədarları var.

Mobil operatorlar reklam biznesi yolu ilə topladıqları milyonlarla manat vəsaitin böyük qismini mənimsəyirlər. Vətəndaşlar onlardan oğurlanan məbləğin fərqinə varmayırlar. Meqayisə üçün bildirək ki, ölkədə fəaliyyət göstərən mobil operatorların hər birinin 1 milyondan çox abunəçisi var. Həmin abunəçilərin hər birindən gündə ən azı 0.05 qəpik pul oğurlanır. Bu məbləğ hesablandığda mobil operatorların abunəçilərdən oğurladıqları milyonlarla manat məbləğin mahiyyəti aşkarlanar. Bu ciddi sosial problem diqqəti cəlb edir və buna ötəri yanaşmaq olmaz.

Bildiririk ki, Azercell, Bakcell və Nar mobile abunəçilərini onların özlərindən xəbərsiz hansısa xidmətlərə qoşurlar. Həmin xidmətlər isə abunəçilərin balansından müəyyən məbləğdə pul silir. Abunəçilərdən oğurlanan pullar təkrarən geri qaytarılmır.

Vətəndaşların çoxsaylı şikayətlərinə də əhəmiyyət verilmir. Sözügedən mobil operatorlara abunəçilər xəbərdarlıq etsə də, oğurluq halları davamlı olaraq həyata keçirilir.

7GUN.az olaraq, Azercell, Bakcell və Nar mobile operatorlarının fəaliyyətləri ilə bağlı araşdırmalarımızı davam etdirib, ictimaiyyətə məlumat verəcəyik.

Oxuculardan xahiş edirik ki, mobil operatorlarla bağlı problemləri barədə bizə xəbər versinlər.













Rafiq Çağlar

23-01-2019, 22:21