Mustafa Hacıbəyliyə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi davam edib

Şrift : |
Tarix :29-01-2019, 01:40
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 53 dəfə
Like :
Like :

    Yanvarın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Məhkəmədə istintaq orqanının şahid qismində cəlb etdiyi bastainfo.com saytının əməkdaşı Tural Hacıbəyli ifadə verib. O, öz ifadəsində saytın yaradıcı işlərinə qarışmadığını, texniki problemlər yarandıqda onları aradan qaldırdığını bildirib.

    Vəkil Osman Kazımov Tural Hacıbəylinin şahid kimi məhkəməyə cəlb edilməsinin heç bir əhəmiyyətinin olmadığını bildirib.

    "Tural Hacıbəyliyə verilən suallardan və onun cavablarından aydın görünür ki, onun ittihama heç bir aidiyyatı yoxdur", deyə Osman Kazımov bildirib.

    Bugünki prosesdə istintaqın cəlb etdiyi daha üç şahid - Zülfüyyə Babayeva, Arzuxanım Məmmədova və İlahə Xalidova ifadə verməli idi. Lakin hər üç şahid dəvət olunsa da, məhkəməyə gəlməyiblər.

    Bu şahidlər bastainfo.com saytında dərc edilən iki məqaləni oxuduqdan sonra həyəcanlandıqlarını bildirərək, Bakı Şəhər Prokurorluğuna Mustafa Hacıbəylinin barəsində tədbir görülməsi üçün ərizə ilə müraciət ediblər.

    Şahidlər gəlmədiyi üçün məhkəmə təxirə salınıb. Proses Fevralın 5-də saat 10-da davam edəcək.

    2018-ci ilin iyulunda Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza və Gəncədə icra hakimiyyəti başçısına edilən sui-qəsdlə bağlı bastainfo.com saytında başqa mediaya istinadən dərc edilən iki məqaləyə görə fakt üzrə cinayət işi qaldırılıb. Noyabrın 30-da saytın baş redaktoru Mustafa Hacıbəyliyə qarşı Cinayət Məcəlləsinin 281.2, 309.2 və 313-cü maddələri ilə ittiham elan olunub.

    Bastainfo.com saytına giriş bloklanıb, baş redaktor polisin nəzarətinə verilib.

    Mustafa Hacıbəyli özünü günahkar saymır və ittihamı sifariş hesab edir.


Xəbər lenti

Biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq

“Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”

“Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib

Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır

Bərdə polisləri ilə maşın oğrusunu nə bağlayır?

Beyləqanın icra başçısından absurd asfalt fırıldağı

Harlem Dezirdən Azərbaycan hakimiyyətinə çağırış

Kollecdə “hökumət dəyişikliyi”

Pirallahı rayonunda problemlər

Enerji içkiləri hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olur

Mingəçevirdə bağçaların mövcud vəziyyəti

Araşdırmalarımız davam edir

Müşfiq Rəhimov məhkəməyə hörmətsizlik edir

Hava pisləşəcək, sulu qar yağacaq

Milli Şura fevralın 23-nə mitinq təyin etdi

Ölkə prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib

Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”! -VİDEO

Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu ?

Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır

Ağsu rayonunda əhali su əvəzinə qaz içir?

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!