Enerji içkiləri hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olur


7GUN.az son illərdə Azərbaycanın istehlak bazarına daxil olmuş “Hell”, “RedBull”, “Bizon”, “Jaguar” və “Enerji” kimi alkoqolsuz içkilərin törətdiyi fəsadların barsində ictimaiyyətə məlumat vermişdir. Xüsusilə, həmin içkilərin yeniyetmələrin və gənclərin səhhətində ciddi problemlər yaratdığını diqqətə çatdırmışdır.

31 yanvar 2019-cu il tarixdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən konfransda enerji içkilərinin insanların orqanizimində törətdiyi fəasadlar barədə açıqlama vermişdir.
Milli Məclisin 19 fevral 2019-cu il tarixli iclasında uşaqlara və yeniyetmələrə enerji içkilərin satışına qadağa qoyulması barədə məsələ müzakirəyə çıxarılmışdır.

Qeyd edək ki, 7GUN.az enerji içkilərinin insanların sağlamlığına ziyan vurması barədə məlumatları dövlət orqanlarından öncə ictimaiyyətə çatdırmışdı.

Alkoqolsuz enerji içkilərindən istifadə edənlərdə həmin içkilərdən asılılıq yarandığını, yeniyetmələrin və gənclərin fiziki və əqli inkişafında ciddi qüsurların meydana çıxdığını, hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olduğunu göstərmişdik.

Bildirmişdik ki, Avropa ölkələrində alkoqolsuz enerji içkilərindən istifadə edənlərin sayı kəskin azaldığı halda, reklam bazarına meyilli olan Azərbaycanda qazanc əldə etmək istəyən işbazlar hazırlanma texnologiyası və tərkibi barədə əhaliyə düzgün məlumat verilməyən “Hell”, “RedBull”, “Bizon”, “Jaguar” və “Enerji” kimi alkoqolsuz enerji içkilərinin satışına ciddi maraq göstərirlər.

Alkoqolsuz enerji içkilərini xüsusi laboratoriyalarda biokimyəvi analizləri aparıldıqdan sonra insan orqanizimi üçün təhlükəli olmadığına dair zəmanət verildiyi halda satışa çıxarmaq mümkündür. Təbii ki, əhalinin qida təhlükəsizliyini qoruyan hər hansı bir ölkənin aidiyyatı dövlət qurumları alkoqolsuz enerji içkilərinin satışı ilə məşğul olan şirkətlərə zəmanət verə bilməz.

Qeyd edək ki, alkoqolsuz enerji içkilərindən müalicəsi mümkün olmayan ağır xəstəliklərdən əziyyət çəkənlər, hətta ölənlər vardır.

7GUN.az alkoqolsuz enerji içkilərinin yeniyetmələrin və gənclərin gələcəyinə vurduğu ziyanları nəzərə alaraq mövzu ilə bağlı araşdırmalarını davam etdirəcək.

20-02-2019, 01:37