“Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”

Şrift : |
Tarix :22-02-2019, 20:08
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 239 dəfə
Like :
Like :

    Həkim səhvinin qurbanına çevrilmiş günahsız qızcığazı xilas edək


    Həkim səriştəsizliyi Azərbaycanda daha bir körpənin həyatını təhlküyə atıb. Bu faciəni Məmmədovlar ailəsinə ginekoloq Aygün Mahmudova yaşadıb.

    “Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”
    Ağdam rayonundan məcburi köçkün olan Məmmədovlar ailəsi uzun illərdir Bakının Fatmayı kəndindəki “Muğan” istirahət mərkəzində məskunlaşıb. Ailə müvəqqəti olaraq normal şəraiti olmayan bir otaqlı kiçik sığınacaqda yaşayır. Bu müddətdə Məmmədovlar ailəsinin Fidan adlı qız övladı dünyaya gəlib. Qeyd edim ki, Fidan ailənin üçüncü uşağı olub. Fidanın anası Könül Məmmədovanın hamiləlik dönəmində səhhətinə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 2 Saylı Doğum Evində ginekoloq Aygün Mahmudova nəzarət edirmiş. Ana səhhətində yaranan problemlə əlaqədar Aygün Mahmudovaya müraciət etdikdə həkim Könül xanıma böyrəyində problem olduğunu deyir və bu məqsədlə ona müalicə yazır.

    7 gün tv xəbər verir ki, sonradan həkimin səhv diaqnoz qoyduğu məlum olur. Bu isə ailəni ağır faciəsinə gətərib çıxarır. Həkimin qeyri-peşəkarlığı ucbatından qoyulan səhv diaqnoz və aparılan yalnış müalicə Fidanın hamiləliyin altı ay on beş günündə doğulmasına gətirib çıxarır.
    Səhhəti qəfildən pisləşən K.Məmmədova isə qanaxma ilə 2 Saylı Doğum Evinə çatdırılır. Lakin həmin xəstəxana ananın vəziyyətinin ağır olduğunu müəyyən etdikdə tez bir zamanda K.Məmmədovanın təcili “Respubilka Perinatal Mərkəz”ə çatdırılmasını məsləhət görür.
    Hamilə qadın “Perinatal Mərkəz”ə çatdırılır və dərhal müayinə edilir. Orada K.Məmmədovaya səhv diaqnoz qoyulduğu, hamiləlik dönəmində müalicənin səhv aparıldığını, qəbul etdiyi dərmanların əks-təsiri nəticəsində ananın ciftinin dağıldığı məlum olur. Qanaxmanın da elə bu səbəbdən baş verdiyi bildirilir. Həkimlər qeyd edilən səbəblərdən vaxtından əvvəl əməliyyat yolu ilə götürülən uşağın fiziki cəhətdən qüsurlu doğulacağını anaya öncədən deyirlər.
    Faciəli nəticə…
    Lakin problem bununla da bitmir. Fidanın atası Ramin Məmmədov həyat yoldaşının sənədlərini geri almaq üçün 2 Saylı Doğum Evinə qayıtdıqda qəribə mənzərə ilə üzləşir. Aygün həkim özünü sığortalamaq üçün bu məsələdə heç bir məsuliyyət daşımadığını deyir. O, Fidanın atasına bir sənəd təqdim edərərk Könül Məmmədovanın guya üç aylıq hamiləlik dönəmində ərizə yazaraq bu xəstəxənada müalicə almadığını qeyd edib. Amma sonradan məlum olub ki, hamilə ana belə bir ərizə yazmayıb. Araşdırma zamanı o da məlum olur ki, Könül xanımın adından saxta ərizə yazıb imzalayan 2 Saylı Doğum Evinin tibb bacısı olub. Bu dəfə də Məmmədovlar ailəsi humanizm nümayiş etdirərək hər şeyi görməzdən gəlib.
    Bu gün həmin 4 yaşlı Fidan həkim səhvi ucbatından eşitmə, görmə və danışıq qabiliyyətindən tamamilə məhrumdur. Hələ 7 aylığında olarkən Ramin Məmmədov qızını müalicə üçün Respublika Diaqnostika Mərkəzinə apardıqda Fidan növbəti dəfə həkim səriştəsizliyin qurbanına çevrilir. Oftamoloq Tural Qəlbinur uşağı müayinə edib, uşağın gözündə “mirvari suyunun” olduğunu və buna görə də, uşaq əməliyyat olunmalı, gözlərindəki mirvari suyu təmizlənməli olduğunu ailəyə deyib. Daha sonra adı gedən həkim əməliyyat etmək məıqsədilə körpəyə yüksək dozalı iynə vurur. Əməliyyatdan sonra T.Qəlbinur, Məmmədovlar ailəsinə bildirib ki, uşaq görmə qabiliyyətini itirib. Nəticədə hələ gözləri açılmamış körpənin göz toxumaları zədələnir. O "əməliyyat"dan sonra Fidanın gözlərində çəpləşmə yaranıb. Çarəsiz qalan ailə balaca Fidanın həyatını xilas etmək üçün onu Ukraynaya müalicəyə aparır. Göz “toxması”nın sonradan zədələndiyini Ukraniyalı həkimlər də təsdiq edir. Könül Məmmədova iddia edir ki, onlara qızlarının əməliyyat edildiyi deyilsə də uşağın gözünə sarğı qoyulmyıb. “Həkim bizə dedi uşağı aparın evə. Onu da deyim ki, xəstəxanada uşağın gözləri şişmiş, qan bağlamışdı. Uşağın qan bağlamış gözləri həmin gündən də çəpləşməyə başladı. Amma əvvəl belə deyildi. İndi isə uşaq normal görə bilmir. Gözləri çox zəif, torlu görür”.
    Beləliklə 4 yaşlı Fidan həkim səhvinin qurbanına çevrilib. Bunu həkim səhvindən daha çox məsuliyyətsizlikdən doğan cinayət də adlandırmaq olar. Çünki söhbət insan həyatının məhv edilməsindən gedir. Körpə yaşlı uşağın taleyi əbədi olaraq sual altına düşüb.
    Fidan Məmmədovanın eşitmə qabiliyyətini təmin etmək üçün qulağına xüsusi aparat yerləşdirilməlidir. Həmin aparatın qoyulması üçün 50 000 min manat tələb olunur. Lazım olan vəsait isə nə dövlət tərəfindən ödənilir, nə də ki, ailənin həmin qurğunu almağa maddi imkanı çatır. Dilinin lal olması, gözlərinin zəifliyi və ümumi çəpliyinin müalicəsi üçün ayrıca vəsait tələb olunur.
    Fidanın dövlət tərəfindən əməliyyat olunması üçün “Nərgiz" Fonduna müraciət etdik. Ailənin maddi durumunun çox ağır olduğu barədə məlumat verdik. Fonddan Fidan Məmmədovanı qeydiyyata götürdüklərini dedilər. Fonddan onu da əlavə etdilər ki, büdcədə maliyyə problemləri olduğu üçün yaxın gələcəkdə nə isə ediləcəyi gözlənilmir.
    İnanıram ki, bu yazını oxuyan hər kəs Fidanın başına gətirilənlərə biganə qalmayacaq. Məmmədovlar ailəsi çox kiçik, dar evdə məskunlaşıb. Ailənin başçısı fəhlə işləyir, maddi durumlaırı da olduqca ağırdır. Ailə ac qalmamaq üçün “suya un töküb” xörək hazırlayır. Kimsə versə yeyəcək, verməsə baxacaq… Əslində belə xəstələrə dövlət sahib çıxmalıdır, amma nə yazıq ki, dövlət belə aztəminatlı ailələrin durumunu nəzərə almır. Artıq bu məsələ ilə bağlı biz bəzi dostlarla da danışmışıq ki, ümid ancaq ianə toplamağa qalıb. Düzünə qalsa, 50 000 manat az pul deyil, indiki dövr üçün çox böyük məbləğdir amma nə etmək olar ki məcburuq, dövlətin öhdəliyinə düşüb edə biləcəyini, lakin etmədiyini biz bir cəmiyyət olaraq gücümüzü ortaya qoysaq hərə gücü çatandan 1, 3, 5 manatdan ianə toplasaq inanın ki, bu əməliyyatı qısa zamanda həyata keçirərik.
    Gəlin, biz bir cəmiyyət olaraq birlik ovqatı yaradaq, və balaca Fidana dəstək olaq. Düşünürəm ki, belə olan halda günahsız qızcığazın həyatını xislas emiş və Uca Allahın yanında savab iş görmüş olarıq. Unutmayaq ki, "Əl tutmaq Əli (ə)-dən qalıb"-deyib İmamlarımız. Yüzlərlə insanın 1-2 manat ödəsə, Fidanı bu problemdən xilas etmək mümkün olar. Bunun üçün sadəcə gücümüzü və birliyimizi sübut etməliyik. İnanıram ki, qısa müddətdə buna nail olacağıq. Mən hər zaman demişəm, indiyə qədər imtiyazlı ailələrə etdiyimiz maddi dəstək və həyata keçirdiyimiz əməliyyatlar siz xeyirxah insanların vicdanı, dəstəyi nəticəsində mümkün olub. Sizlərin iradənizə söykənərək hər kəsdən Fidana öz övladı kimi yanaşmasını xahiş edirəm. Çünki bizim də övladımız var və biz sabah başımıza nə gələcəyindən xəbərsizik!
    “Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”
    “Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”
    “Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”
    “Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”



























































































    Uşağın hesabına (atasının adına) açılmış hesab kodu: Məmmədov Ramin.
    Terminaldan ödəmək üçün: 80194401169553101
    Bank və ya kart köçürmələrindən: AZ16BRES00380194401169553101


    Ülviyyə Xəlil


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!