Daha bir fəal həbs edilib

Şrift : |
Tarix :25-02-2019, 01:24
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 71 dəfə
Like :
Like :

    AXCP-nin məlumatına görə, Baba Süleymanov fevralın 23-də həbs olunub və Yasamal rayon Məhkəməsi fəalı 15 sutka inzibati həbsə məhkum edib.

    Baba Süleymanovun həbsi ilə bağlı rəsmi qurumlar hələ məlumat yaymayıb.

    AXCP Baba Süleymanovun həbsinin siyasi fəaliyyəti və sosial şəbəkələrdə fəallığı ilə bağlı olduğunu bildirir. O, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqin texniki hazırlığı ilə məşğul olduğunu yazır.

    "Yanvar 17-də saat 22-dir. Ard-arda polisdən zənglər gəlir. Yaşadıgım ünvana 7 polis nəfəri gəlib məni axtarırlar... Gizlənmişəm. Yanvarın 18-də polislər hələ qapının ağzındadır. Qaldığımız evdən bayıra çıxa bilmirik. Dayanmadan həbs xəbərləri gəlir. Bizim yeməyimiz bitmək üzrədir. Evdən çıxmağa məcburuq. Digər cəbhəçiləri tapmaq və həbs olunanları dəqiqləşdirmək lazımdır. Evə qayıdırıq. Artıq iki nəfər qalmışıq... Yeməyimiz bitib. Çörək almağa nə pulumuz, nə də yeməyə həvəsimiz var. Ailə üzvlərimdən ciddi təyziq var. Polislər durmadan məni axtarır. Həbslər davam edir. Ev çox soyuqdur, qalan bir plitka (elektrik sobası - red) da xarab oldu. İki nəfər soyuqda bir birimizə təsəlli verə- verə sabahkı mitinqi gözləyirik. Yanvarın 19-da mitinq üçün tribunanı meydana gətirmək və quraşdırmaq lazımdır. Bu vaxtı ora getmək 100% həbsdir. Amma kimsə getməlidir və cəbhəçi dostum bu riski öz üzərinə götürür. Acından başım gicəllənir, amma meydana getməliyəm. Meydana girirəm və təşkilati işlərlə məşğulam. Xalq meydana axın edir. Mən artıq ağlayıram...". Baba Süleymanov Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqin təşkilatçılarından biri kimi aksiyaya hazırlığın çətinlikləri barədə facebook səhifəsində belə yazıb.

    AXCP sədri Əli Kərimli bu statusa istinad edərək fəalın həbsinə münasibət bildirib: "AXCP fəalı Baba Süleymanovu bu dəfə həbs edə biliblər. 3-4 maşınla, 7-8 nəfərlə Baba bəyi iş yerindən təhlükəli cinayətkarı həbs edirlərmiş kimi aparıblar. Baba bəyə artıq 15 sutka inzibati həbs verilib. Əziz həmvətənlər, bu yazını oxuyarkən siz bu mitinqlərin hansı fədakarlıqlar hesabına başa gəldiyini bir daha bildiniz", deyə Kərimli facebook səhifəsində yazıb.

    Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 42 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiyanın 21 fəalı 200 manatdan 500 manatadək, o cümlədən AXCP sədri Əli Kərimli 2500 manat inzibati qaydada cərimə olunub.
    /Turan/


Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!