Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?


Mədəniyyət Nazirliyi İmişli rayon Mədəniyyət Mərkəzinin nəznində fəaliyyət göstərən iki musiqi məktəbi vardır.

Həmin musiqi məktəblərindən biri 7 illik uşaq musiqi məktəbi, digəri isə uşaq musiqi məktəbi adlanır. Uşaq musiqi məktəbinin direktoru Dilarə Hüseynovadır. O, orta ixtisas təhsilli pionino müəlliməsidir. Dilarə Hüseynovadan əvvəl uşaq musiqi məktəbinin direktoru əslən Fizuli rayonundan olan məcburi köçkün, Azərbaycan Dövlət Konservatoriyasının məzunu Eldəniz Həsənov olmuşdur.

7GUN.az-a daxil olan məlumata görə Dilarə Hüseynova Rusiya Federasiyasının “Qaraçay-Çerkez” muxtar respublikasında ali musiqi təhsili almışdır. Məhz ali musiqi diplomuna yiyələndikdən sonra Dilar Hüseynova musiqi məktəbinin direktoru təyin edilmişdir. Dilarə Hüseynovanın “Qaraçay-Çerkez” muxtar respublikasında ali musiqi təhsili alması barədə şübhələr olduğuna görə araşdırma aparacağıq.

7GUN.az qarşı tərəfin mövqeyini qərc etməyə hazırdır.