Sui-qəsd edildiyi iddia edilən prokurorluq işçisinin ölüm anı - VIDEO

Şrift : |
Tarix :31-03-2019, 03:52
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 203 dəfə
Like :
Like :

    Son günlər müəmmalı ölümü ilə gündəmə gələn prokurorluq əməkdaşının şok görüntülərini əldə etmişik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mərhum əməkdaşı Emin Hüseynovun ölüm anı istirahət etdiyi otelin təhlükəsizlik kameralarına anbaan düşüb.
    7GUN.az Criminal.az-a istinadən xəbər verir ki, dəhşətli görüntülər E.Hüseynovun 19 ay əvvəl Türkiyənin Antalya şəhərində istirahət etdiyi otelin idman zalında qeydə alınıb. Görüntülərdən məlum olur ki, E.Hüseynov zalda məşq edərkən əyləşirvə qəflətən yerə yıxılır.
    Mərhumun atası Bəybala Hüseynov iddia edir ki, oğlu zəhərlənərək öldürülüb. O, bu sui-qəsddə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininın rəhbər şəxsləri - rəis Kamran Əliyev və müavin Əli Nağıyevi ittiham edir.
    B.Hüseynov Criminal.az saytına açıqlamasında oğlunun ölümündə dövlət adamlarından başqa gəlini və turizm şirkətinin rəhbərini də günahkar hesab edib: "Oğlum ölümündən 15 dəqiqə qabaq anası ilə telefonla danışarkən deyib ki, düşməni Əli Nağıyev və Fuad Rəsulovdur. Anası da deyib ki, telefonda ad çəkmə, atanla danışarsan. 15 dəqiqə sonra gəlib Eminə zəng etdim, artıq o ölmüşdü, komada idi, danışa bilmirdi. Cənazəni Azərbaycana gətirəndən sonra oğlumun sözünü xatırladım. Axı o demişdi düşmənim Əli Nağıyev və Fuad Rəsulovdur. Telefonu götürdüm ki, dostlarına nəsə yazıb deyə baxım. Baxdım ki, gəlinim Eminin telefonunda olan bütün məlumatları silib. Oğlumun ikinci telefonunu isə gəlinimin xalası oğlu dənizə atıb. Gəlinim, bir gün toparlanaraq evimdən qaçdı”.
    Sui-qəsd edildiyi iddia edilən prokurorluq işçisinin ölüm anı
























    Mərhumun atası B.Hüseynov uzun müddət şirkət rəhbəri olub. 2005-2012-ci illərdə Badamdar bələdiyyəsinin sədri olub. Həmin müddətdə hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini işləyən Əli Nağıyevlə münasibəti yaranıb.və oğlu Emin Hüseynovun işə düzəldilməsində də onun rolu olub. B.Hüseynov deyib ki, Bakı Dövlət Universitetlnin hüquq fäkültəsində ali təhsilini başa vurmuş övladı Emini işə düzəltmək məqsədlə 2014-cü ildə əvvəllər Əli Nağıyevlə görüşüb fikirini ona çatdırıb və 200 min ABŞ dolları məbləğində pul qarşılığında oğlunu Ə.Nağıyevin rəis müavini olduğu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə işə düzəldib. Lakin oğlunun ölümündən bir neçə gün qabaq iş otağı boşaldılıb və bu, onda böyük şübhələr yaradıb. Daha sonra oğlu həyat yoldaşı ilə Türkiyənin Antalya şəhərinə istirahətə yollanıb. İstirahətinin bitməsinə bir gün qalmış, 18 avqust 2017-ci il tarixdə müəmmalı şəkildə ölüb.
    Prokurorluq əməkdaşının müəmmalı ölümü ilə bağlı atasının ittihamlarına isə Baş Prokurorluq heç bir münasibət bildirməyib.



Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!