BÖLMƏLƏR


«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“General Asəf Quliyev qardaşımı həbs etdirmək istəyir”

28
  • + A
  • - A
  • “General Asəf Quliyev qardaşımı həbs etdirmək istəyir”
    7GUN.az saytı BakuNews.az-a istinadən xəbər verir ki,"Naxçıvan" Sərhəd Diviziyasının zabiti, mayor Ağasiyev Ruslan Elman oğlunun bacısı Bağırova Nurlana Elman qızı ölkə Prezidenti cənab İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Admnistrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə və Dövlət Sərhəd Xidmətinin rəisi general Elçin Quliyevə və mətbuata hərbiçinin gələcək taleyindən narahatçılığını ifadə edən müraciət ünvanlayıb. Müraciətdə deyilir:

    Cənab Prezident!
    Nəzərinizə çatdırım ki, qardaşım Ağasiyev Ruslan Elman oğlu 10 ildən artıqdır Dövlət Sərhəd Xidmətində zabit kimi qulluq edir. 2011-ci ildən isə xidmətini "Naxçıvan" Sərhəd Diviziyasında davam etdirir. Hazırda mayor rütbəsi daşıyır. Xidməti dövründə zaman-zaman səhhətində problemlər yaranıb. Sonradan isə qardaşımın ciddi psixoloji problemləri aşkarlandı. Həkimlər belə vəziyyətdə ona idmanla məşğul olmağı, geçə növbətçi qalmağı, həkim nəzrətində müalicəsini mütamadi davam etdirməyi məsləhət görüblər. Lakin müalicə aldıqdan sonra qardaşım “Naxçıvan” Sərhəd Diviziyasının komandiri, general-mayor Asəf Quliyev tərəfindən əhkimlərin qadağan etdiyi işləri icra etməyə məcbur edildi. Bu vəziyyət isə onun psixoloji durumunda ciddi fəasadlar yaratdı. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının silah-sursat bölməsinin rəisi vəzifəsini icra edən qardaşım tez-tez gecə növbəsinə saxlanılır, rütbəsinə uyğun olmayan sıravi əsgərlərin önündə alçaldıcı hərəkətlərə (ağacları suvarma, ayaqyolu təmizləmə, yer qazma, küçə süpürmə) təhrik edilirmiş. Qardaşıma qarşı ədalətsiz və məqsədli alçaldıcı münasibət onun psixaloji durumunu daha da ağırlaşdırıb. Müalicəsini davam etdirməsinə isə rəhbərlik suni maneələr yaradaraq imkan verilməyib. Baş verən hadisəlr sonda qardaşımın özünə qəsd etməsinə səbəb oldu. Belə ki, mayor Ruslan Ağasiyev 9 iyun 2018-ci il tarixdə tabel silahından atəş açmaqla özünə qəsd etməyə təşəbbüs etdi. Təsadüf nəticəsində sağ qalan qardaşım Naxçıvanda hospitalda yoxlanışdan keçəndən sonar Bakı şəhərində müalicə olunmasının zərurət olduğu ortaya çıxdı. General-mayor Asəf Quliyev bu dəfə də onun Bakı şəhərinə getməsinə mane oldu. Nəhayət Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin müdaxiləsindən sonar qardaşım Bakıda hospitalda yerləşdirildi. Lakin burada da Asəf Quliyevin göstərişi əsasında həkim Vüqar Qazıyev qərəzli mövqe nümayiş etdirərək qardaşımın sağlamlığını ciddi təhlükə atına salmaqdadır. Həkim V.Qaziyev qardaşıma bildirib ki, “biz sənə müvəqqəti sağlam olmağın barədə rəy vermək istəyirik. Əvvəlcə Naxçıvana qayıtmalısan və özünəqəsdlə bağlı açılmış cinayət işi prokurorluqda bağlandıqdan sonra tam müalicən yenidən təmin ediləcək.” Buradan da görünür ki, general-mayor Asəf Quliyev Naxçıvan diviziyasında olduğu halda paytaxtdakı hospitalın həkiminə də diqtə edə bilir. General-mayor Asəf Quliyev qardaşımı şərləyərək həbs etdirmək istəyir. Görəsən Ruslan Ağasiyevə sağlam olması ilə bağlı rəy verənlər qardaşımın yenidən özünə qəsd etməyəcəyi ilə bağlı qarantını verə biləcəklərmi?

    Bu gün əməkdaşımız yuxarıda qeyd edilən müraciətlə bağlı Dövlət Sərhəd Xidmətinin tabeliyində olan Hərbi hospitalda oldu. Hospitalın baş həkimi ilə görüşmək istəyən əməkdaşımıza özünü təqdim etməyən mayor: “baş həkim əməliyyatdadır. Sabah isə ordu günüdür. Birisi gün (27 iyunda) müraciət edin. Baş həkim mütləq suallarınızı cavablandıracaq.” – deyə bildirdib.

    Yazı dərc olunmaq üçün hazırlanarkən redaksiya ilə telefon əlaqəsi saxlayan Nurlana Bağırova bildirdi ki, hospitalın baş həkimi “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyevin təzyiqi nətisəsində qardaşı, mayor Ruslan Ağasiyev haqqında bu gün saxta sağlamlıq rəyi verərək onun yenidən Muxtar Respublikaya qaytarılmasını təmin etmək istəyir. N.Bağırova onu da əlavə etdi ki, həkim Vüqar Qazıyev bu məsələdə daha çox aktivlik göstərir. Və hərbiçinin bacısı əlavə olaraq onu da qeyd etdi ki, qardaşının yenidən hərbi hissəyə qaytarılması onun növbəti dəfə intihar edəcəyinə hesablanıb. Görünür qardaşımın intihar etməsi həkimin və generalın maraqlarına xidmət edir.

    “Mən bütün bunları öncədən görərək bəyan edirəm: Əgər psixoloji durumu normal olmayan qardaşımın taleyi ilə bağlı hər hansı problem yaranarsa, eyni zamanda Hippokrat andı içmiş həkim öz maraqlarını güdərək əməllərini davam etdirərsə, o zaman mən həmin şəxslərin cinayəti haqqında geniş mətbuat konfransı keçirəcəm. Və qardaşımın həyatı ilə bağlı yaranacaq hər hansı hadisədə isə həkim Vüqar Qazıyev və general Asəf Quliyev birbaşa məsuliyyət daşıyırlar.”