Mərhum prokurorluq əməkdaşının atası Rüstəm Usubovla görüşə çağrıldı

Şrift : |
Tarix :3-04-2019, 01:38
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 191 dəfə
Like :
Like :

    Artıq bir neçə gün idi ki, iş adamı Bəybala Hüseynovun oğlu, hansı ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində əvvəlcə texniki işçi, sonra isə rütbə verilərək müstəntiq vəzifəsinə təyin olunacağı nəzərdə tutulmuş Hüseynov Emin Bəybala oğlunun 18 avqust 2017-ci il tarixdə müəmmalı ölümü ilə bağlı olay əksər media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilmişdi.

    7GUN.az Gundəmxəbər.az-a istinadən bildirir ki, mərhumun atasının açıqlamasına görə o, baş verən olayla bağlı bu günə kimi ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və digər dövlət qurumlarının rəhbər şəxslərinə dəfələrlə müraciətlər etsə də, son anda nəyəsə nail ola bilməmişdi. Elə ki, ölüm faktı ilə bağlı olay media qurumlarında ictimailəşdi, o hada müəyyən addımlar da atıldı.

    Belə ki, Bəybala Hüseynovun bildirdiyinə görə o, bu gün bu məsələ ilə bağlı Baş Prokurorluğa çağırılmış və onu saat 11:00-da Baş Prokurorun 1-ci müavini cənab Rüstəm Usubov qəbul edib. Düşünürük ki, belə bir qəbuldan sonra yaşanan olayla bağlı lazımi araşdırmalar aparılacaq və əsl həqiqətlər də aşkara çıxarılacaq. Yəni, lazımi istintaq işləri aparılacaq və ölüm faktında iştirakı olan hər kəs qanun qarşısında da cavab verəcək.
    Mövzu diqqətimizdədir.


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!