Nazpərinin qardaşı qızının növbəti rüsvayçı faktları

Şrift : |
Tarix :18-04-2019, 21:57
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 844 dəfə
Like :
Like :

    Xəbər veridyimiz kimi, Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə Dostəliyeva dünən instaqramda atasının ona 6 yaşında təcavüz etdiyini iddia edərək bibiləri haqqında şok faktları açıqlamışdı. Mövzu ilə bağlı qalmaqallar səngimək bilmir. Pərvanə Dostəliyeva yeni videolar paylaşaraq atası haqqında yeni faktları üzə çıxarıb.

    Nazpəri Dostəliyeva bu xanımı tanımadığını desə də, sonradan açıqlama yayaraq Pərvanə Dostəliyevanı qardaşının səhvi adlandırıb və bildirib ki, P.Dostəliyeva onu pulla şantaj edib.

    “Deyir ki, məni tanımır, üzümü birinci dəfədir görür və qardaşının ancaq iki oğlu olduğunu yazıb. Eybi yox, qardaşlarım Cavanşir və Rəvanla da şəkillərimi paylaşaram. Bəs Rəvanə – diskotekalarda oyun çıxardan qızı? Rəvanə Ağalar Dostəliyevanın 3-cü arvadındandır. Qardaşının o qədər uşağı var ki, özün də qarışdırırsan. Başa düşürəm ki, bu, biabrçılıqdır, yaxşı başa düşürəm. Rüsvay olmaq istəmirsən və boynundan atırsan. Guya bir ay əvvəl Zeynəb Dostəliyevadan pul istəmişəm. Zeynəb acından günorta durur. Burada canını xilas edə bilərsən, amma o biri dünyada Allahın əlindən hara qaçacaqsan, iki əlim bir yaxanızda olacaq. Sən ifritə qoymadın ki, səhnəyə çıxım, arzularım ürəyimdə qaldı. Biqeyrət qardaşın da namusuma sataşdı, qoy bunu bütün dünya bilsin”, – deyə müğənninin qardaşı qızı paylaşdığı videoda etiraf edib.

    O, daha sonra əlavə edib ki, bibisini şantaj etməyib:

    “Guya, mən onu və bacısı Zeynəbi 1 ay əvvəldən şantaj edirəm. Bəs o vaxt məni niyə polisə vermədin? Sizi şantaj etmək olar?”//publika.az//

    Nazpərinin qardaşı qızının növbəti rüsvayçı faktları
    Nazpərinin qardaşı qızının növbəti rüsvayçı faktları
    Nazpərinin qardaşı qızının növbəti rüsvayçı faktları
    Nazpərinin qardaşı qızının növbəti rüsvayçı faktları


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!