Məhkəmə vəzifəli şəxslər barəsində xüsusi qərar çıxarılması barədə xahişi təmin etməyib

Şrift : |
Tarix :19-08-2019, 08:09
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 177 dəfə
Like :
Like :

    Avqustun 19-da 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi "Azərsu" ASC-nin üzərinə Turan İnformasiya Agentliyinin 2 aprel 2019-cu il tarixli sorğusuna yazılı cavab vermək öhdəliyi qoyub.

    7GUN.az Turan.az-a istinadən xəbər verir ki, Qərarı çıxaran hakim Miminat Hacıbəyova, bununla belə, İnzibati Xətalar Məcəlləsinin 374, 382-ci maddələrinə uyğun olaraq, vəzifəli şəxslər barəsində xüsusi qərar çıxarılması barədə xahişi təmin etməyib. Söhbət İnformasiya Azadlığı haqqında qanunun tələblərinin pozulmasından gedir.

    2 aprel tarixli informasiya sorğusunda "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədovdan Buzovna qəsəbəsində icrasına 2013-cü ilin oktyabrında başlanılmış su təchizatı və kanalizasiya layihəsi haqqında bir sıra suallara cavab vermək xahiş olunurdu.

    Xüsusən, agentlik layihə, onun icra olunmamasının səbəbləri, layihə üçün ayrılmış 122 mln. manatın taleyi və s. haqqında ətraflı məlumat verilməsini xahiş edirdi.

    İki ay əvvəl agentliyin direktoru Mehman Əliyevlə şifahi söhbətdə "Azərsu" ASC-nin nümayəndələri bildiriblər ki, vəsait qismən, cəmi 2,7 mln. manat ölçüsündə ayrılıb, layihənin icrası isə su çatışmazlığı ilə əlaqədar mümkün olmur. Onların sözlərinə görə, hazırda Buzovna istiqamətində üçüncü su kəmərinin çəkilməsi haqqında məsələ qaldırılıb.

    M.Əliyev onların dəlillərini qəbul edib, amma yazılı formada cavab verməyi xahiş edib. Bu günə qədər "Azərsu" ASC tərəfindən informasiya sorğusuna yazılı cavab verilməyib.


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!