Hakim:"mən sənin günahını sübut edəcəm" -FOTOLAR

Şrift : |
Tarix :27-08-2019, 09:08
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 120 dəfə
Like :
Like :

    Gəncə hadisələri ilə bağlı həbs olunmuş şəxslər və onların ailələri ilə hakimiyyət siyasi alver etməyə çalışır.

    7GUN.az xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində yazıb. Həmin yazını olduğu kimi təqdim edirik: "Belə ki, "Gəncə işi" ilə bağlı qondarma İttiham Aktı tam iflasa uğradığına görə ictimai basqı altında geri çəkilən hakimiyyət 1- ci instansiya məhkəməsində əsassız və ağır cəza verdiyi məhbusların cəzalarını Bakı Apelliyasiya məhkəməsində azaltdı. 5 nəfəri məhkəmə zalından azadlığa buraxdı. Bu prosesin davam edəcəyi gözlənildiyi halda "Gəncə işi" ilə bağlı hazırda Sabunçu rayon məhkəməsində yekunlaşmaqda olan məhkəmələrdə təqsirləndirilən şəxslərlə bağlı prokuror tərəfindən gözlənilməz, təəccüblü və ağır cəzalar istənilir...

    Belə ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Oqtay Hüseynzadəyə ömürlük, Məmmədov Rufan Şahin oğluna və Quliyev Eşqin Zahid oğluna 20 il, digərlərinə isə 9 il,10 il cəza istəyib (1?)...

    "Gəncə işi" ilə bağlı ən çox iştirak etdiyim qruplardan biri bu qrupun məhkəmə prosesləri olub. Nadir məhkəmələrdən olub ki, hakim günahsız olduğunu bildirən məhbusa prokurordan da qabağa gedərək "mən sənin günahını sübut edəcəm" deyirdi. Azərbaycanın məhkəmə tarixində bəlkə də yeganə proses olub ki, bir prosesdə hakim vəkillərə vəsatət verdiyinə görə 10- dan çox protokola yazılmaqla rəsmi xəbərdarlıq edib (!?). Yəni 5 ay davam etməsinə baxmayaraq bu məhkəmənin adı məhkəmə olsa da əslində orda hüquqdan və qanundan başqa hər şey var idi. Və belə məhkəmələrdən istənilən hökmü gözləmək olar.

    Əslində nə baş verir? Yuxarıdakı qeydə qayıdaraq bildirim ki, əslində hakimiyyət bu addımı ilə Gəncə məhbusları və onların ailələri ilə siyasi alver edir. Yəni 1- ci instansiyada ağır cəza verir, apelliyasiya instansiyasında isə verdiyi hökmü yarıya qədər azaldır və bəzi məhbusları məhkəmə zalından azadlığa buraxır. Ağır cəza vermiş çəhbuslara və onların ailələrini məcbur edir ki, ona müraciət üdib xahişdə bulunsunlar ki, övladımızı azadlığa burax. Hakimiyyət də guya humanistıik nümayiş etdirərək onları azadlığa buraxır. Necə deyərlər "yaxşı adam" olur...

    Biz ilk gündən demişik: Gəncə hadisələri ilə bağlı hazırda məhkəməsi gedən şəxslər günahsızdır. Onlar azadlığa buraxılmalıdır və inşallah gec- tez də buraxılacaq. Halimiyyətin bu addımları ona divident yox, əksinə vətəndaşlarda kin, qəzəb qazandırır.

    Gəncə məhbuslarına və bütün siyasi məhbuslara azadlıq tələb edirik!"- deyə Oktay Gülalıyev yazıb.

    Hakim:"mən sənin günahını sübut edəcəm"
    Hakim:"mən sənin günahını sübut edəcəm"

    Hakim:"mən sənin günahını sübut edəcəm"


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!