Penitensiar Xidmətdə "kadr" islahatları -VİDEO

Şrift : |
Tarix :9-09-2019, 02:39
Bölmə : Cəmiyyət / Video
Kömək :    
Baxılıb : 379 dəfə
Like :
Like :

    7GUN.az olaraq bir neçə gün bundan öncə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının rəisi Ruslan Rəsulovun "vurularaq" aşağı vəzifəyə keçirilməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, Ruslan Rəsulov Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovdan aylıq gəlirin məbləğini gizlətdiyinə və haqq-hesabı düzgün ödəmədiyinə görə sonuncunun qəzəbinə tuş gəlmişdir.

    Əldə etdiyimiz məlumata görə Ceyhun Həsənov Ruslan Rəsulovun karyerasına böyük zərbə vuraraq onu 1 saylı Cəzaçəkmə Müəssisəsində dəstə rəisi vəzifəsinə təyin edib. Etibarlı mənbədən 7GUN.az-a verilən məlumata görə Ruslan Rəsulov Ceyhun Həsənovla münasibətlərini bərpa etmək üçün Daşkəsən rayonunda yerləşən villasını, həmçinin 1000 baş qoyun-quzu və 200 baş mal-qara ilə birlikdə böyük fermasını ona "hədiyyə" edib. Bu barədə daha geniş məlumat verəcəyik.
    7GUN.az-a daxil olan başqa bir məlumatda bildirilir ki, tezliklə 2 saylı İstintaq Təcridxanasının tərbiyə işləri üzrə rəis müavini Emin Ağayevlə də bağlı mühüm qərar qəbul ediləcəyi gözlənilir. Mənbə iddia edir ki, böyük ehtimalla, o, Ədliyyə orqanlarından xaric olunacaq. Qeyd edilir ki, Emin Ağayev 32 yaşında olarkən Penitensiar Xidmətin sabiq rəisi yaxın qohumu Mədət Quliyev tərəfindən xidmətə qəbul edilib. Bundan başqa, Emin Ağayev hal-hazırda özünü mümkün təhlükədən qorumaq üçün Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi Mirsaleh Seyidovun vasitəsilə Ceyhun Həsənovla münasibətlərini yaxşılaşdırmaq istəyir. İlkin olaraq Emin Ağayev Mirsaleh Seyidova yüksək məbləğdə "şirinlik" də verib.

    7GUN.az olaraq Penitensiar Xidmətdə kadr "islahatları" ilə bağlı araşdırmalar aparıb ətraflı məlumat verəcəyik.

    Qarşı tərəfin möqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Məqalədə adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq.

    Rafiq Çağlar



Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!