Baş Dövlət Yol Polisi İdarəsində rüşvət və korrupsiya bataqlığı -VİDEO

Şrift : |
Tarix :17-09-2019, 18:41
Bölmə : Cəmiyyət / Video
Kömək :    
Baxılıb : 145 dəfə
Like :
Like :

    Ölkədə insanları daim təşvişdə saxlayan yol nəqliyyat hadisələrinin sürətlə artmasının əsas səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin rüşvətə qurşanmasıdır.

    İdarənin rəhbərliyi sürücülük kursları ilə əlbir olub sürücülük təhsili və təcrübəsi olmayan şəxslərə 1000-1200 manat rüşvətlə sürücülük vəsiqələrini satırlar. Həmin şəxslər isə yol hərəkət qaydalarına riayət etmədən avtomobillərlə facəli sonluqla nəticələnən hadisələr törədirlər.

    Baş Dövlət Yol Polisi İdarəsindəki rüşvət və korrupsiya halları barədə bütün ölkənin məlumatı vardır. Vətəndaşların çoxsaylı şikayət və müraciətlərini araşdıran yoxdur.

    İmtahanlar zamanı sürücülük təcrübəsi olan insanlara rüşvətə görə süni maneələr yaradılır. Onların imtahanlardan keçərək sürücülük vəsiqələri almaları müşkülə çevrilir.

    Bu ölkənin rəhbərliyi nə üçün insanların yol nəqiliyyat hadisələrində davamlı olaraq həlak olmalarına, ailələrin başsız qalmalarına laqeyid münasibət göstərir? Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov idarə etdiyi bazardan yığılan çirkli pulları kimlərə verir? Hakimiyyət xalqa qarşı elan olunmamış müharibə aparan Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi barədə niyə tədbir görmür? İdarənin rəisi Ramiz Zeynalov hansı maraqlara görə müdafiə olunur?

    7GUN.az olaraq gəldiyimiz qənaət budur ki,

    hazırki mövcud rejim özünün yaratdığı rüşvət və korrupsiya bataqlığında həm məmurları, həm də insanları boğmaq istəyir.

    7GUN.az-ın əməkdaşlarının Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan - Qeydiyyat İdarəsinin qarşısında apardığı müşahidələr sübut edir ki, təyin edilmiş məbləğdə rüşvət alınmadan heç kimə sürücülük vəsiqəsi verilmir. Təxmini hesablamalara görə yalnız sürücülük vəsiqələrindən əldə edilən gəlirin məbləği ayda 2400.000 (iki milyon dörd yüz min) manata yaxındır. Hələ dövlət qeydiyyat nişanları, texniki baxış və sair sahələrdən əldə edilən gəlirləri nəzərə almadıq. Bütün bunlar barədə daha geniş araşdırmalarımızı təqdim edəcəyik.

    Qarşı tərəfin mövqeyini də öyrənməyə və dərc etməyə hazırıq.



Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!