Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Şrift : |
Tarix :10-10-2019, 18:33
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 105 dəfə
Like :
Like :

    7GUN.az xəbər verir ki, Azinforum.az-ın əldə etdiyi məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi yanında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimlərlə işlər üzrə sektor müdiri Mehriban Bağırovanın iş fəaliyyətindən kollektivin daxilində ciddi narazılıqlar var.

    Hələlik adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, Mehriban Bağırova quruma rəhbər təyin ediləndən sonra bütün baytar həkimləri psixoloji basqı altında saxlayır: “Biz əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tərkibində fəaliyyət göstərirdik. Orda olanda normal iş rejimində çalışırdıq. Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra bizi keçirdilər bu qurumun tərkibinə. Təsəvvür edin ki, baytar həkimlər saatlarla Mehriban Bağırovanın  qəbuluna düşə bilmir. Bu yaxınlarda onun qəbuluna gedən həkimlərdən biri gözləməkdən bezib, mühafizənin başı qarışan kimi gizlin keçib onun otağına .  Baxıb görüb ki, Mehriban Bağırova tort qabağında çay içir. Həkim bu qədər gözlədiyinə açıq etiraz edib, o isə bildirib ki, güya yanında qız olub, təzəcə çıxıb. Kimlə münasibəti yaxşıdırsa onu yaxşı yerə təyin edir. Uzun müddət bir yerdə iş prinsipini mənimsəmiş peşəkar işçiləri, təcrübəsi az olan öz kadrları ilə əvəz edir. Bu yaxınlarda heç bir əsas olmadan 8 km bazarının həkimini  yerini dəyişib, Binəyə göndərdi.  İnternet saytlarında onun milli matəm günlərindən birində bazarda həkimləri necə gizlin şəkildə güddüyü barədə məlumatlar getmişdi. Az keçmədi ki, həmin məlumatların hamısı saytlardan yığışdırıldı. Biz əminik ki, Mehriban Bağırovanın  yalnız özünə sərf edən iş metodundan Qoşqar Təhməzlinin məlumatı yoxdur. Ona görə də, maksimum çalışır ki, barəsində heç bir neqativ məlumat getməsin”.

    Müsahibimiz bildirir ki, baytarlardan bəziləri bu xanımın neqativ fəaliyyətindən yuxarı instansiyalara rəsmi şikayətlər ediblər:  “Deyir ki, arxası möhkəmdi, kim hara istəyir şikayət etsin. Mehriban Bağırovanın Bakıda iş təcrübəsi yoxdu. O, uzun müddət Gəncədə çalışıb. Kadr təyinatları və yerdəyişmələrində Gəncədən gələnlərə daha çox üstünlük verməklə, yerlibazlıq edir. Bizim əmək haqqımız 271 manatdı. Az əmək haqqı olduğu üçün, əvvəl tez-tez  maaşdan əlavə mükafatlar alırdıq. Mehriban  Bağırova onu da bizə çox görüb. Yalnız özünə yaxın olanlara mükafat almağa şərait yaradır. İnanın ki, bütün baytar həkimlər onun iş fəaliyyətindən narazıdı, qurumda dözülməz atmosfer hökm sürür. Xahiş edirik bu vəziyyəti yuxarı instansiyaların nəzərinə çatdırmaqda bizə kömək edəsiniz”.

    Səslənən iddialarla bağlı Mehriban Bağırova ilə əlaqə saxlayıb, məsələyə onun da mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Onun da fikirlərinə yer verməyə hazırıq…


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!