Hüquq müdafiəçisi Prezidentə müraciət etdi

Şrift : |
Tarix :23-10-2019, 00:37
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 148 dəfə
Like :
Like :

    Taleh Xasməmmədov: "Əslində baş verən qanunsuzluqları saymaqda bitən deyil"

    7GUN.az hüquq müdafiəçisi Taleh Xasməmmədovun Prezident İlham Əliyevə müraciətini olduğu kimi təqdim edir:

    Cənab Prezident!

    Bildirirəm ki, uzun illərdir mən və ailə üzvlərimiz məmur özbaşınalığı səbəbindən repressiya və siyasi təqiblərə məruz qalmışıq. Dəfələrlə mən və qardaşım həbs olunmuşuq, mənim və ailə üzvlərimizin biznes fəaliyyəti məqsədli şəkildə məhdudlaşdırılıb. Hərçənd ki, həbsdə olarkən sayənizdə bir neçə dəfə əfv olunmuşam, amma yenə də rəhbərlik etdiyiniz ökədə siyasi təqiblərə bu günə qədər son verilmir. Tez-tez həbs olunuruq, işgəncə və təzyiqlərə məruz qalırıq, hətta mənə işgəncələr tətbiq edərək əlil də ediblər. Əslində baş verən qanunsuzluqları saymaqda bitən deyil. Heç bu mövzunun üstündə də durmaq fikrim yoxdur. Çünki, ölkədə haqq-ədalət olsaydı, hüquqlarımızı hörmət bəslənsəydi, daha belə bir duruma niyə gəlib çıxırdıq ki...!? Yeganə yaşadığımız ev də qanunsuz yollarla məhz gizli hərracda satılıb və bu günə qədər bu barədə bizə heç bir rəsmi sənəd verilməyib. Şikayətlərimizə baxılmır, bir vətəndaş kimi sayıb hörmət edən də yoxdur. Vəziyyətin yaxşıya doğru dəyişəcəyinə olan ümidimizi isə isə çoxdan itirmişik. İndiki halda normal yaşayış üçün 15 nəfər ailə üzvü ilə birlikdə xarici ölkəyə getməyə qərar vermişik. Bunun üçün DİN tərəfindən mənim ölkədən çıxışıma qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır. Sizdən heç də böyük xahiş etmirəm, tək xahişim budur ki, müraciətimlə bağlı müvafiq orqanlara öz tapşırıqlarınızı verəsiniz ki, biz də müvəqqəti olaraq ölkə xaricində insan kimi yaşamaq haqqımızdan yararlana bilək.

    Hörmətlə, hüquq müdafiəçisi, Taleh Xasməmmədov.


Xəbər lenti

Azərbaycanlı siyasi mühacirlər saxlanılıb  -Almaniyada

Rüxsarə Əliyeva təhsil ocağını bazara çevirib?!

Ali Məhkəmə jurnalistin barəsində qərarı qüvvədə saxladı

Oqtay Gülalıyevin vəziyyəti ağırlaşıb

Oktay bəylə bağlı daha bir problem... -SOS

Nasir Əliyev: Oqtay Gülalıyev mənim gözümlə

Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR

Arif Hacılı sərbəst buraxılıb

Bu necə başçıdır, bu necə abadlıq aparmaqdır?

İlham Əliyev : “Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər"

Qondarma məhkəmə oyunları davam edir

Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirilir

"İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox" -Nigar Həzi

"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur

Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

"Haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik" -Elşən Əlisoy

Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər" -Firuzə Gülalıyeva

Azərbaycanda İnternet qeyri-azaddır -Freedom House

Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!