Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Şrift : |
Tarix :5-11-2019, 01:50
Bölmə : Cəmiyyət
Kömək :    
Like :
Like :

    Hüquq müdafiəçisi Oktay Gülalıyevin məruz qaldığı qəza ilə bağlı ilk gündə olduğu kimi “sui-qəsd” ehtimalının üzərində dayanıram.

    Bu cür düşünməyimin səbəbi, indiyədək aradan qaldırılmayan əsaslı şübhələr, məntiqi yanaşmalar və digər hüquqi əsaslardan irəli gəlir. Ən çox da ictimaiyyətin diqqətini çəkən əsaslı şübhələr bu günə qədər qanunla müəyyən olunmuş qaydada hər hansı sübutlarla təkzib edilməmiş, əksinə olaraq şübhələrin artmasına səbəb olmuşdur.

    1) İlk olaraq hadisə anına diqqət yetirək: Oktay Gülalıyev məhz getdiyi son ünvana 30-40 metr məsafə qalmış, piyada keçidinin piyadalar üçün “keç işarəsi” verildiyi anda taksi sürücüsünün idarə etdiyi avtomobilin “səhv, təhlükəli, hədəfə alınmış” kimi hərəkətlərindən sonra vurulur. Ona görə “səhv dönüş” ki, taksi sürüçüsü peşəkar olmasa da, paytaxt şəhərdə taksi fəaliyyəti göstərdiyi səbəbindən müəyyən təcrübəyə malikdir. Odur ki, sürücü sol istiqamətdə dərhal dönüş etməməli, yolun ikinci zolağına çatdıqda dönmə manevrini yerinə yetirməli idi. Həmçinin ona görə hərəkəti “təhlükəli dönüş” hesab edirəm ki, sürücü dönmə manevri etdikdə istənilən halda piyada keçidində ya instinq olaraq qeyri ixtiyarı ayağını qazdan çəkməklə əyləc basmalı, ya da ki, eyni hərəkəti düşünməklə həyata keçirməli idi. Amma biz sürücüyə xarakterizə olunacaq imkanları onda görə bilmədik. Hadisə anında “hədəfə alınmış” kimi təsir bağışlayan hərəkət istiqaməti isə birbaşa zərərçəkmişin üzərinə sürətlə getmək olub və sürücü yalnız hədəf vurulduğu anda əyləci adi qaydada basmaqla kifayətlənib. Hər kəsə məlumdur ki, istənilən sürücü panik anında əyləcdən qəflətən istifadə edir və bu hal kənardan aşkar müşahidə olunacaq tərzdə nəzərə çarpır. Hesab etsək ki, “Hyundai Accent” markalı, yüngül çəkili, ABC əyləc sisteminə malik avtomobili panik anında arxayınlıqla saxlamaq mümkündür, bu yalan olar. Həmin həyacanlı durumda sürücü əyləc basdıqdan sonra ən azından silkələnmiş öz bədən hərəkəti ilə şok yaşayardı. Göründüyü kimi hadisə anında biz sadalanan heç biri təbii təsir bağışlayan qəza anını görə bilməmişik.

    2) Sürücü və piyada zolağına yaxınlaşan X adamın müşahidə və davranışlarına nəzər salaq: Deməli Oktay Gülalıyev yaşıl işıqda piyada zolağına düşərkən ona yaxın duran şübhəli şəxs öz hərəkətini davam etdirmir, əlində tum çırtlayaraq müşahidəsini davam etdirir. Təxminən 5-6 saniyə sonra hadisə baş verir. Amma həmin şübhəli şəxs yenə eyni tərzdə, təmkinlə olanları seyr edir və yalnız özündən sonrakı bir neçə nəfər qəza yerinə yaxınlaşdıqdan sonra o, da öz növbəsində hadisəyə baxmaq üçün hərəkət edir. Yəni, eynilə sürücü kimi o, da hadisənin şahidi olaraq panikə qapılmır. Sürücünün hadisədən sonrakı davranışlarında onun təcrübəsiz və həyəcanlı olması nəzərə çarpmır. Belə ki, hadisə anından sonra o, avtomobilin “ruçnoy” deyilən əyləcini çəkir, sonra “qəza işıqlarını” yandırır, arxayın şəkildə avtomobildən düşərkən ilk ağlına gələn kənardakı “şübhəli şahid”ə baxmaq olur. Hələ arxayınçılıq fürsəti var ikən, əlindəki siqaretdən daha bir tüstü alaraq sonra əsəblə yerə çırpır. Xəstəyə yaxınlaşdıqda isə, ona ilkin tibbi yardım və s. göstərilməsindən çox, özünü sığortalayırmış kimi birbaşa xəstəxanaya çatdırmaq məqsədində olur. Adətən zərərçəkmişin durumu ilk baxışdan yaxşı qənaətində olduqda əksər qəza törətmiş sürücü onu xəstəxanaya deyil, qeyri şəraitə çəkməyə çalışır. Amma qəza törətmiş sürücü onu avtomobilinə qoyaraq birbaşa xəstəxanaya istiqamət götürür.

    3) Qəza anından sonra ortaya çıxmış şübhələrin aradan qaldırılmaması: Bu cür haqlı tələblər və iradlar yerindəcə hüquq-mühafizə orqanlarına və digər məsul şəxslərə ünvanlanır. Belə ki, əgər taksi sürücüsünün baş vermiş cinayət hadisəsində hər hansı qəsdi olmayıbsa, o zaman sürücünün gün ərzində qəbul etdiyi sifarişlər, telefon əlaqələri, hadisə anına yaxın vaxtda olan müşahidə kameralarına düşən hərəkət trayektoriyası ortaya çıxarılmalıdır. Eyni zamanda şübhələri üzərinə çəkmiş, piyada zolağına daxil olmayan “şübhəli şahid” kimi qeyd etdiyimiz şəxsin kimliyi və hadisədən əvvəlki hərəkətlərini əks etdirən görüntülər ortaya çıxarılmalıdır. Baş vermiş hadisədən sonra DİN rəsmi məlumatı ilə yanaşı ortaya qəza anını əks etdirən görüntülər çıxardı, amma şübhələri aradan qaldıracaq başqa heç nəyə rast gəlmədik. Hansı ki, həmin görüntülərdən daha dolğun və effektli çəkiliş təsadüfən başqa avtomobilin videoregistratoru ilə çəkilib və sosial şəbəkələrdə yayılmış olub.

    Hal-hazırda hadisə ilə əlaqədar başlanmış cinayət işinin istintaq hərəkətlərinə və Cinayət Məcəlləsinin tövsif olunmuş maddəsinə hər hansı mövqe bildirmək niyyətində deyiləm. Ölkə ictimaiyyətini narahat edən bu mühüm hadisəyə məntiq və qanunların bir araya sığa biləcəyi tərzdə cavab verilməsini daha məqsədə uyğun hesab edirəm. Əgər baş vermiş hadisə sui-qəsd deyil, adi avto qəzadırsa, o zaman məsul şəxslər zəhmət çəkib şübhələri sübutlarla təkzib etsinlər, yox əgər biz fikirlərimizdə yalnılmırıqsa, hamılıqla Oktay bəyin haqqını və qanunun ədalətini tələb edirik!

    Taleh Xasməmmədov, hüquq müdafiəçisi


Xəbər lenti

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Ceyhun Nəbinin hədəfə atdığı Cümhuriyyət DAŞI, saxtakarların cümhuriyyətçi nifrəti

Ceyhun Nəbinin namizədliyi niyə qeydə alınmadı?!

“Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” -Vilayət Eyvazov

Oqtay Gülalıyevin hərarəti yüksəlib

Müsavat başqanı ABŞ səfiri ilə görüşdü

Canlı yayımda “intihar” edən gənc Sozcu.az-ı məhkəməyə verir

7GUN.az-da yaranmış texniki problemlər tezliklə həll olunacaq

“İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm" -Peyman Sadıqov

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Daha bir Azərbaycanlı siyasi mühacir saxlanılıb

ABŞ-ın Bakıdakı səfirliyi amerikalıları ehtiyatlı olmağa çağırıb

Prezidentdən Rusiya, Suriya və İrana xəbərdarlıq

"Diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib" -ATƏT DTİHB-in hesabatı

Sabiq icra başçısı rayonun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib? - KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER

Eldar Nuriyev nazir müavini təyin edildi -SƏRƏNCAM

Nazir Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi -FOTO

Prezident Türkiyənin Ticarət nazirini qəbul etdi

Məktəblərində dəşhətli virus yayılıb: Bu xəstəlik keçicidir

Məhkəmə Cavid Şirəliyevin iddiasını təmin etdi

Ceyhun Həsənovun Çingiz Əhmədovun əməllərindən məlumatı varmı?

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya