"Qara çuxası yatan" Qaraçuxur


Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əhalinin qaz, su və elektrik enerjisi ilə təchizatında vaxtaşırı fasilələr olur.

Sakinlərin 7GUN.az-a verdikləri məlumata görə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində 2 gun əhalinin su təchizatı dayandırılıb. Aidiyyatı dövlət qurumlarından sakinlərə bunun səbəbi barədə heç bir açıqlama verilmir.

Qaraçuxur qəsəbəsində su təchizatının dayanmasına görə çoxlu sayda ictimai obyektlərdə, xüsusilə, qəssabxanalarda, çayxanalarda, kafe və restoranlarda, çörəkbişirmə və şirniyyat sexlərində antisanitariya şəraiti yaranıb. Qəsəbənin ərazi üzrə icra nümayəndəliyi və bələdiyyəsi sakinləri narahat edən ciddi sosial problemə seyrçi münasibət göstərirlər.

Qəsəbənin maye qaz və elektrik enerjisi ilə təchizatında da problemlər vardır.

Qeyd edək ki, Qaraçuxur qəsəbəsində 50 mindən çox əhali yaşayır.

Qaraçuxur qəsəbəsinin sosial problemləri barədə araşdırmalarımızı davam etdirəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

18-11-2019, 22:29