Ona “bata bilməzlər”, axı məmurdur...

Şrift : |
Tarix :22-11-2019, 07:14
Bölmə : Cəmiyyət
Kömək :    
Like :
Like :

    Jurnalistlərin sorğularına cavab verməkdən imtina edən vəzifəli şəxslər üçün məsuliyyət nəzərdə tutulur.

    Yerli KİV-lərin məlumatına görə, 19 noyabr 2019-cu ildə Şəki İnzibati-İqtisadi Məhkəməsi 7gun.az saytının redaktoru Cavid Şirəliyevin Ağsu Rayon İcra Hakimiyyətinə (RİH) qarşı qaldırdığı iddianı təmin edib. İddia rayon rəhbərliyinin uşaq bağçaları və körpələr evinin təchizatı ilə bağlı jurnalistin məlumat sorğusuna cavab verməkdən imtina etməsi ilə əlaqədar qaldırılmışdı.

    Xüsusilə, jurnalist uşaq bağçalarının sayı, bağçada olan uşaqların sayı və bu müəssisələrin işçi heyəti, məktəbəqədər müəssisələrdə verilən yemək növləri və normaları, təmirə ayrılan vəsait və s. kimi sualların cavablandırılmasını istəyib. Onun sorğusu uşaq bağçalarında məhsul oğurluğu və uşaqların sayının süni şəkildə artıq göstərilməsi, rayonda tender saxtakarlığı ilə bağlı əldə olunan məlumatlarla əlaqəli olub.

    Ağsu RİH başçısının köməkçisi Vüqar Atakişiyevin verdiyi məlumata görə, Cavid Şirəliyevin İcra Hakimiyyətinə ünvanlandığı soğru cavabsız qala bilməzdi: “Ola bilər ki, bu suallar bizə gəlib çatmayıb. Yaxud da sualların bizə gəlib çatmasında gecikmə olub”.

    Ağsu RİH başçısının müavini Üzeyir Əzizov isə əməkdaşımıza açıqlamasında deyib ki, onda 7gun.az saytının redaktorunun tələbi ilə bağlı heç bir məlumat yoxdur: “Ancaq qeyd etmək istəyirəm ki, Ağsu ərazisində yerləşən uşaq bağçalarında heç bir mənimsəmə ola bilməz”.

    Qanunvericilik jurnalistlərin sorğularına cavab verməkdən imtina edən dövlət qurumları ilə, məmurlarla bağlı nə deyir. Bu haqda sualı cavablandıran Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədlinin sözlərinə görə, “Məlumat azadlığı haqqında” Qanunda jurnalistlərin hansı suallarına cavab verilməli və hansı müddət ərzində cavablandırılmalı olduğu aydın şəkildə göstərilir: “Amma jurnalistin istəyini cavablandırmaqdan imtina edən bir məmurun məsuliyyətə cəlb olunacağı barədə heç bir məlumatım yoxdur”.

    Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə deyib ki, İnzibati Xətalar Məcəlləsində jurnalistlərin sorğularına cavab verməkdən imtina edən vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulur: “Lakin vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasına nail olmaq üçün 7gun.az saytının redaktoru Cavid Şirəliyev, onun sorğusuna cavab verməkdən imtina edən qurumu məhkəməyə verməli oldu”.

    Ayna.az


    7gün ; 7gun ; 7günaz ; 7gunaz ; 7gün.az ; 7gun.az ; 7güntv ; 7guntv ; 7 gün ; 7 gun ; 7 günaz ; 7 gunaz ; 7 gün.az ; 7 gun.az ; 7 güntv ; 7 guntv


Xəbər lenti

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

"Haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır" -Təbriz Gülalıyev

Polis “Müsəlman Birliyi” Hərəkatının tədbirinə imkan vermədi

"Bu yaşdan sonra hara gedəcəyik, necə yaşayacağıq?” – Tanımış həkim

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya