BÖLMƏLƏR


«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Şirkət rəhbəri hakim qarşısında...

16
  • + A
  • - A
  • Şirkət rəhbəri hakim qarşısında...
    Axtarışa verildikdən sonra həbs edilən şirkət rəhbərinin məhkəməsi başlayıb.
    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Babayev Elçin Yaqub oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
    Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
    Bildirək ki, Elçin Babayev “Ulduz-S” MMC-nin rəhbəridir. O, Xətai rayonu ərazisində tikdirdiyi binadan bir mənzili birdən çox şəxsə satdığına görə axtarışa verilmiş Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.
    E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.