"Manaf Ağayev Nadir Qafarzadədir ki, onu hər yoldan ötən döysün?" -Tolik

Şrift : |
Tarix :5-02-2020, 06:38
Bölmə : Cəmiyyət
Kömək :    
Like :
Like :

    7gun.az olaraq heç bir vaxt şou-biznesdə olan eybəcərliklərdən yazı dərc etməmişik. Bunun bir neçə səbəbi var. Onlardan biri odur ki, hakimiyyət müstəqil mətbuata qarşı hücuma keçmək istəyəndə,bəzi hallarda şou-biznes nümayəndələrindən də alət kimi istifadə edir.

    Buna nümunə olaraq müğənni Manaf Ağayevlə bağlı insdidenti nümunə göstərmək olar. Manaf Ağayev televiziya ekranlarında özü barədə müsbət fikir formalaşdırmağa çalışır. Ancaq tam fərqli mənzərə görürük.

    Belə ki, bir neçə gün öncə 7gun.az Nigar Məmmədova adlı sosial şəbəkə istifadəçisinin statusuna istinad edib "Elgiz İsmayılov Manaf Ağayevi döyüb?" başlıqlı məqalə dərc etmişdi. Həmin məqalə ilə bağlı qarşı tərəfin fikirini öyrənməyə cəhd etdiyimizi, lakin cəhdlərimizin baş turmadığını, buna baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildirmişdik.

    Bir neçə saat sonra Xəzər tv-də yayımlanan "Hər şey daxil" verlişinin aparıcısı Tolik (Tarix Əliyev) redaksiyamızla əlaqə saxladı. Tolik həmin yazıda hansı mənbəyə istinad etdiyimizi soruşdu. Daha sonra "Manaf Ağayev Nadir Qafarzadədir ki, onu hər yoldan ötən döysün?" deyərək, yazı ilə bağlı bir gün sonra, yəni 04.02.2020-ci il tarixdə aparıcısı olduğu "Hər şey daxil" verlişində müzakirələrin olacağını bildirdi. Verlişin anonsunda həmin məsələ barədə fikirlər səsləndirilsə də, lakin mövzuya toxunulmadı. Bu onların verlişidir. Sadəcə deyə bilərik ki, Xəzər tv həmişəki kimi izləyicilərə qarşı kobud hörmətsizlik etdi.

    Əldə etdiyimiz məlumata görə Ədliyyə Nazirliyinin rəhbərliyi Manaf Ağayevlə görüşüb və ona məhz Tolikin (Tarix Əliyevin) efirində 7gun.az-ın məqaləsində qeyd edilənləri inkar etmək, ədliyyə sahəsində ciddi uğurların əldə olunduğunu, cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinin yüksək olmasını demək, həmçinin məlum məqalə ilə bağlı 7gun.az-ı məhkəməyə vermək barədə təlimat vermişdir. Ədliyyə Nazirliyinin rəhbərliyi 7gun.az barədə ciddi tədbirlərin həyata keçirilməsi üçün məhkəməyə tapşırıq verəcəyini və bütün bunlara görə Manaf Ağayevi mükafatlandıracağı barədə yağlı vədlər verib. Deyilənə görə Manaf Ağayev bunu yüksək səviyyədə icra edəcəyini bildirib. Yəni, Manaf Ağayev kimlərinsə əlində alət olmağa söz verib. Əslində Manaf Ağayevin Tarix Əliyevə verdiyi müsahibədə də bunları açıq-aşkar hiss etmək olurdu. Manaf Ağayevin Tarix Əliyevin verlişindəki danışığından belə başa düşülür ki, cəzaçəkmə müəssisələri "5 ulduzlu" hotel və ya sanatoriyadır.

    Manaf Ağayev cəzaçəkmə müəssisələrindəki vəziyyətin yüksək səviyyədə olduğunu bildirir. Bu gün hər kəs cəzaçıkmə müəssisələrindəki şərait və ordakı dözülməz durumla bağlı məlunatlıdır. Kimlərinsə, konkret olaraq Ədliyyə Nazirliyinin rəhbərliyinə xoş gəlmək üçün niyə yalan danışırsız, Manaf Ağayev? Vaxtınız olanda cəzaçəkmə müəssisələrindəki dözülməz vəziyyət, məhkumlara qarşı işgəncə, qeyri-insani rəftar və ləyaqəti alçaldan hərəkətlər barədə hesabatları oxuyun!

    7GUN.az olaraq mövzuyla və Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri ilə bağlı ictimai sorğuya start veririk.

    Lalə

    "Manaf Ağayev Nadir Qafarzadədir ki, onu hər yoldan ötən döysün?"
    "Manaf Ağayev Nadir Qafarzadədir ki, onu hər yoldan ötən döysün?"


Xəbər lenti

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Günel Səfərova: "Açıq şəkildə bildirilir ki, YAP-ın namizədi olan yerdə heç kəs deputat seçilə bilməz"

"Görüşə əmr qaydasında büdcə qurumlarının və digər dövlət müəssisələrinin işçilərini yığıblar" -Elçin Həsənzadə

Daha bir deputatlığa namizəd polisə çağırıldı

Manaf Ağayev niyə məntiqsiz və yalan danışır?

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya