"Saytın fəaliyyəti tezliklə bərpa olunacaq"-Rafiq Şahbazov


Son vaxtlar 7GUN.az-a qarşı olan haker hücumlarının intensivləşməsi saytın fəaliyyətində ciddi problemlərin yaranmasına səbəb olub.

Məhz buna görə də sayta vaxtlı-vaxtında xəbər yerləşdirmək çətinləşib. “7GUN.az-a qarşı həmişə belə hücumlar olub. Texniki işçilər yaranmış problemlərin tez bir zamanda aradan qaldırılmasına nail olsalar da, lakin sonuncu haker hücumları daha ciddi olduğundan, saytın fəaliyyətini bərpa etmək problemə çevrilib. Bütün bunlara baxmayaraq, inanırıq ki, saytın fəaliyyəti tezliklə bərpa olunacaq”-deyə redaktor Rafiq Şahbazov bildirib. O, 7GUN.az-ın yeni layihələrə başlayacağını da bildirib: “Saytla bağlı ciddi işlər görülür. Eyni zamanda bildirmək istəyirəm ki, saytın dizaynı da dəyişəcək. Bundan başqa, tezliklə yeni bir neçə layihəyə də start veriləcək”.

14-03-2020, 08:15