7GUN.az-ın fəaliyyəti bərpa edildi


Rafiq Şahbazov: "Tezliklə həmin layihələrlə oxucuların qarşısına çıxacağıq"

Bir neçə ay öncə 7GUN.az güclü haker hücumuna məruz qaldı. Nəticədə saytın fəaliyyəti tamamilə dayandı. Yaranmış problemlərin tez bir zamanda həll olunacağına inanırdıq. Lakin bunun əksinin şahidi olduq. Saytın təhlükəsizliyinə cavabdeh olan şəxs sonuncu haker hücumunun əvvəlkilərdən çox fərqləndiyini bildirdi. O, qeyd etdi ki, bundan öncə yaranmış problemi bir neçə gün ərzində həll etmək mümkün olsa da, lakin sonuncu dəfə yaranmış problemi aradan qaldırmaq üçün saytın yenilənməsi tələb olunur. Hal - hazırda haker hücumu nəticəsində yaranmış fəsadların mütləq əksəriyyəti aradan qaldırılmış, sayt fəaliyyətə başlamaq üçün hazır vəziyyətə gətirilmişdir.

7GUN.az-ın redaktoru Rafiq Şahbazov tezliklə maraqlı layihələrə start veriləcəyini bildirdi: "Əslində biz bir neçə layihə üzərində işlədik. Ancaq gözlənilməz hadisələr fəliyyətimizin icrasını gecikdirdi. Bütün bunlara baxmayaraq, tezliklə həmin layihələrlə oxucuların qarşısına çıxacağıq".

Qeyd edək ki, fəaliyyətimizi daha çox 7GUN.az-ın sosial şəbəkələrdəki hesabları üzərində həyata keçirəcəyik.

6-09-2020, 09:19