Xəstələrə qənim kəsilən "tibb ocağı"


Bir neçə gün bundan öncə 4 saylı Vərəm əleyhinə dispanserdə rüşvət və xəstələrlə kobud rəftar olunması barədə 7gun.az-a məlumat daxil oldu.

Adının çəkilməsini istəməyən şəxs sözügedən tibb müəssisəsində müayinədən keçmək üçün ondan pul tələb olunduğunu, hətta həkimlərin, xüsusilə, rentgen şöbəsinin müdirinin onunla aşağılayıcı tonda danışdığını bildirdi.

Verilən məlumatın araşdırılması məqsədi ilə əməkdaşımız 4 saylı Vərəm əleyhinə dispanserdə olub və bəzi müayinələrdən keçib. O, sözügedən tibb müəssisəsində gördüklərindən dəhşətə gəldiyini deyir. Bildirir ki, 4 saylı Vərəm əleyhinə dispanser daha çox bazara bənzəyir, pasiyentin sağlıq durumu həkim üçün maraqlı deyil, həkimə müraciət edən xəstə mütləq tələb olunan məbləğdə pul verməlidir. Pulu olmayanlar isə baxımsızlığdan əziyyət çəkir.

Maraqlısı odur ki, rüşvət alan həkimlər heç kimdən qorxmadıqlarını, onlara baş həkim İlhamə Həsənovanın havadarlıq etdiyini açıq-aşkar bildirirlər. Sözügedən tibb müəssisəsində deyirlər ki, baş həkimin arxa-dayağı olduğu üçün ona "gözün üstə qaşın var" deyən yoxdu və ola da bilməz. Əməkdar həkim olduğu bildirilən İlhamə Həsənova kimə arxayın olub rəhbərlik etdiyi tibb müəssisəni şəxsi əmlakı kimi idarə edir? Məlum olan odur ki, rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirləri İlhamə Həsənova və onun tabeliyində çalışan həkimlər üçün maraqlı deyil.

P.S. Etibarlı mənbədən əldə etdiyimiz məlumatda 4 saylı Vərəm əleyhinə dispanserdə dövlət vəsaitlərinin mənimsənildiyi bildirilir. Məlumatı dəqiqləşdirmək üçün həmin tibb müəssisəsinə yazılı sorğu verəcəyik.

Mövzu ilə bağlı geniş araşdırmalarmız olacaq.

Bizi sosial şəbəkələrdə izləyin:

Facebook

YouTube

İnstagram

24-01-2021