Vidadi İsayevlə Leyla Məmmədova bağçalara ayrılan ərzaqları satdırır?


Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə 10 saylı bağçanın müdiri Leyla Məmmədova rayonda bağçalara ayrılan ərzaqları satdırırlar.

7GUN.az xəbər verir ki, bu barədə Demokrat.az-a Bərdə sakinlərindən daxil olan məlumatda iddia edilir.

İddialara görə, Bərdədə Vidadi İsayevin “kadrı” kimi tanınan Leyla Məmmədova bir müddətdir ki, rayonda fəaliyyət göstərən bağçaları kurasiya edir. Onu bu vəzifəyə Vidadi İsayev təyin edib.

Qeyd edilir ki, son il yarımda pandemiya ilə əlaqədar tədris müəssisələri və bağçalar aktiv faəliyyət göstərməsələr də, burada böyük miqdarda vəsait silinib.

İddia edilir ki, Leyla Məmmədova bağçalarla yanaşı, rayonda məktəb direktorlarının təyin edilməsində də rol oynayır.

Digər iddiaya görə isə Leyla Məmmədova yaxın zamanda rayonda yüksək vəzifəyə təyin ediləcək.

Məsələylə bağlı Leyla Məmmədova ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bu iddiaların əsassız olduğunu bildirib:

“Hər bir iddia əsaslı olmalıdır. Bu iddialar isə əsassızdır. Məsələnin doğruluq payı yoxdur. Bu cür əsassız iddiaları səsləndirənlər də məhkəmə qarşısında cavab verəcəklər”.