Gəncə hadisələri ilə bağlı öldürülən şəxslərin nəşi ailəsinə verilmir » www.7GUN.az
BÖLMƏLƏR


«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
7 GÜN TV
XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

Gəncə hadisələri ilə bağlı öldürülən şəxslərin nəşi ailəsinə verilmir

131
  • + A
  • - A
  • Gəncə hadisələri ilə bağlı öldürülən şəxslərin nəşi ailəsinə verilmir

    Bu barədə tanınmış hüquq müdafiəçisi Oktay Gualiyev öz şəxsi feysbuk profilində məlumat verib. 7GUN.az həmin yazını olduğu kimi təqdim edir :

    "Bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra onların mövqeyini bölüşməyən, onları qəbul etməyən şəxsləri "əks- inqilabçı", "vətən xaini" adlandırıb ya öldürür, ya da Sibirə sürgün edirdilər. “Öldürmə” əməliyyatını daha çox NKVD- nin xətti ilə “troyka” deyilən üçlük həyata keçirirdi. İstənilən şəxslə bağlı “troyka” qərar verirdi, qalanı aydındır. Bölşeviklərin vaxtilə həyata keçirdiyi əməliyyatı 21- ci əsrdə bərpa edirlər…

    Keçən ilin aprel ayından başlayaraq insanlarımızı “vətən xaini”, “terrorçu” adı ilə sorğusuz- sualsız, mühakiməsiz- məhkəməsiz günün günorta çağında cəmiyyətin gözü qarşısında qətlə yetirirlər.

    Öldürlümüş solaxay adamın sonra da sağ əlinə silah qoyub deyirlər ki, polisə müqavimət göstərirdi. Məsələ bununla da bitmir. Öldürdükləri adamın nəşini qohumlarına vermir və əksinə nəslini repressiya etməyə başlayırlar. Bu nə deməkdir? Biz hardan- hara gəlib çıxdıq? Bunlar xalqı nə zənn edirlər?

    Son bir ayda Gəncə hadisələri ilə bağlı bizdə olan məlumata görə ən azı 5 nəfər soydaşımız sorğusuz- sualsız, məhkəməsiz qətlə yetirilib, yüzlərlə insan həbs olunub. Qətlə yetirilənlərin biri Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Sərxanı Ağa Hüseyn oğludur. Onun qətlə yetirilməsi ilə bağlı MBH- nın və MBH- nın sədri Hacı Taleh Bağıradənin açıqlaması var. Həm bu açıqlamalardan, həm də digər mənbələrdən əldə etdiyimiz məlumata görə Sərxanı bəy vicdanlı, dürüst bir adam olub. Gəncə hadisələri ilə heç bir əlaqəsi olmayıb. Hacı Taleh Bağırzadə ilə yaxın dost olub. Demokratik mübarizə tərəfdarı olub və dəfələrlə Milli Şuranın mitinqlərində iştirak edib. Sual oluna bilər; terrorçu Milli Şuranın dinc, razılaşdırmış mitinqində niyə iştirak etsin?

    Maraqlıdır ki, verilən məlumata görə Sərxani Ağa Hüseyn oğlunda ümumiyyətlə silah olmayıb və o solaxay olub. Onun ölüm fotosunda isə silah sağ əlinə qoyulub və barmaqları açıq vəziyyətdədir, yıxılmasına baxmayaraq silah açıq barmaqlarından yerə düşməyib (!?). Bir həftədən çoxdur öldürülüb. Amma nəşi dəfn olunmaq üçün ailəsinə verilmir. Xatırlayırsınızsa, keçən il siyasi məhbus Mehman Qələndərovun da həbsxanada həyatına son qoyulanda nəşi ailəsinə verilmədi və gizlincə dəfn edildi…

    Biz insanlıq və qanunlar adına utanc olan, adamı faktsız- sübutsuz, sorğusuz- sualsız, mühakiməsiz- məhkəməsiz günün günorta çağında adını “terrorçu” qoyub güllələmə hadisələrinə biganə qalmamalıyıq. Bu hadisələr durdurulmalı, bu işi həyata keçirənlər və sifariş edənlər məsuliyyətə cəlb olunmalıdır. Öldürülən Sərxani Ağa Hüseyn oğlunun və digərlərinin nəşi ailəsinə təhvil verilməli, Gəncə hadisələri ilə bağlı həbs olunanların istintaqı ədalətli və şəffaf aparılmalıdır".

    Gəncə hadisələri ilə bağlı öldürülən şəxslərin nəşi ailəsinə verilmir

    Gəncə hadisələri ilə bağlı öldürülən şəxslərin nəşi ailəsinə verilmir