Bu gün siyasi məhbus siyahısından 19 nəfərin adı cıxarıldı, 9 nəfərin adı isə əlavə olundu

Şrift : |
Tarix :3-08-2018, 04:59
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 232 dəfə
Like :
Like :

    Bu gün siyasi məhbus siyahısından 19 nəfərin adı cıxarıldı, 9 nəfərin adı isə əlavə olundu

    Bu gün Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) növbəti iclasını keçirilib.

    7GUN.az xəbər verir ki, iclasda siyasi məhbuslarla bağlı son durum, insan haqlarının vəziyyəti, siyasi məhbus siyahısının yenilənməsi və digər məsələr müzakirə olunub.
    Müzakirələr nəticəsində məlum olub ki, son 8 ayda 19 siyasi məhbus azadlığa çıxıb. Onların 11- i əfv sərəncamı ilə, qalanları isə cəzalarını çəkərək və ya şərti cəza ilə azadlığına qovuşub. Azadlığa çıxdığına görə 19 nəfərin adı siyahıdan çıxarılıb. Həbs olunan, həbsində siyasi motivlər olduğuna görə aşağıda adları qeyd olunan 9 nəfər isə siyasi məhbus kimi tanınıb və adları siyahıya daxil edilib;
    1. Şamxal Eyvazov
    2. Firudin Zeynal
    3. Agil Ali Maharram
    4. Babək Həsənov
    5. Ruslan Nəsirli
    6. Saleh Rustamov
    7. Vidadi Rüstəmli
    8. Orxan Baxışlı
    9. Əbülfəz Bünyatov
    Qərara alınıb ki, son zamanlar həbs olunan, həbsində siyasi motivlər olan şəxslərlə bağlı araşdırmalar davam etdirilsin.
    İclasda SMMM üzvü Zəfər Əhmədlinin qanunsuz inzibati həbsi pislənilib. Onun və bütün siyasi məhbusların azad olunması tələb edilib.
    Son zamanlar Gəncə hadisələri ilə bağlı kütləvi həbslərin aparılması, bəzi şəxslərin müəmmalı şəkildə öldürlüməsi, fotosunun sosial şəbəkələrdə yayılması, nəşinin ailəsinə verilməməsindən ciddi narahatlıq ifadə olunub. SMMM adından hakimiyyəti bu qanunsuz hərəkətləri dayandırmaq çağırışı edilib.
    Qərar alınıb ki, SMMM- in təşkilatçılığı ilə "Son olaylar konteksində siyasi məhbus məsələsi və Azərbaycanda insan haqları problemi" mövzusunda toplantı keçirilsin.


Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!